4 noyabr 2011 13:31
Rəvan bir futbolçunu qovub, digərini ehtiyata göndərdi
“Rəvan”ın baş məşqçisi Vladislav Qədirov Premyer Liqanın 12-ci turunun bu gün keçiriləcək “Simurq”la oyunu ərəfəsində komandanın iki aparıcı futbolçusunu əvəzedici komandaya göndərib. Azerisport.az saytına müsahibəsində bu barədə çalışdırıcı özü məlumat verib:
“Con Pelu və Anxel Qutyerres əvəzedici heyətə göndərilib. Pelunun əsas heyətdən uzaqlaşdırılması onun son oyunda penaltini vura bilməməsi ilə bağlı deyil. Onun nizam-intizamla bağlı problemi var. Məhz bunu nəzərə alaraq, Pelunu qeyri-müəyyən müddətə əvəzedici heyətə göndərməyə qərar verdik. Qutiyə gəlincə, mövsümün əvvəlindən etibarən o, heç də klubumuzun səviyyəsinə uyğun futbol sərgiləyə bilmir. Onun potensialı artıq korlanıb. Komandada saxlamağa gərək yoxdu. Bax buna görə də klub onunla müqaviləni ləğv edib”.