4 noyabr 2011 14:28
Azərbaycanlı futbolçu əvəzedici heyətə göndərildi
Moskva "Spartak"ının azərbaycanlı futbolçusu Emin Mahmudov əvəzedici heyətə göndərilib. Azerisport.az xəbər verir ki, bu barədə baş məşqçi Valeri Karpin qərar qəbul edib.
Baş məşqçi yarımmüdafiəçinin oyunundan razı qalmadığı üçün belə bir addım atıb. Eminlə yanaşı, müdafiəçi Markos Roxo, yarımmüdafiəçilər - Aleksandr Zotov və Jano Ananidze də əvəzedici heyətə göndərilib.
Qeyd edək ki, Azərbaycan yığmasından təklif alan Emin hələ bununla bağlı qərarını verməyib.
