4 noyabr 2011 14:57
İtaliyalı məşhur forvard ürəyindən əməliyyat olundu
İtaliyanın “Milan” klubunun hücumçusu Antonio Kassano ürəyindən əməliyyat olunub. Azerisport.az xəbər verir ki, o, oktyabrın 30-da “Roma” ilə matçda 17 dəqiqə “Milan”ın tərkibində oynamış Kassano evə qayıtdıqdan sonra özünü pis hiss edib.
Şahidlərin dediklərinə görə, qəflətən oyunçunun görmə qabiliyyətində, nitqində və hərəkət aparatında pozuntular meydana çıxıb. O, Milan klinikasında müayinə olunduqdan sonra klub təsdiq edib ki, hücumçu işemik insult keçirib. “Milan”ın bəyanatında deyilir ki, futbolçunun bərpa müddəti əməliyyatdan sonra müəyyənləşdiriləcək. Bu, yəqin ki, bir neçə ay çəkəcək.
Futbol klubunun prezidenti Adriano Qalliani əmin olduğunu bildirib ki, Kassano tezliklə sağalacaq, komandanın məşqçisi Massimiliano Alleqri isə deyib ki, hücumçu A seriyasından olan növbəti matçadək tam düzələcək.
