4 noyabr 2011 02:09

Mükafatlandırma, yoxsa, görüntü?

Ötən gün 2010/11 mövsümünün ən yaxşılarının mükafatlandırılması mərasimi keçirildi. Etiraf edim ki, karyeramda çox mükafatlandırma mərasimləri görsəm də, hələ beləsini görməmişdim.
 
Bəs görəsən, PFL bunu niyə təşkil etmişdi? Yəni ona görə ki, publika ötən mövsümün qaliblərini görsün, yesin, içsin?
 
Əslində belə mərasimləri bütün dünyada keçirirlər. Hərdən qəhrəmanlar bunu öncədən bilirlər, bəzən isə son ana kimi gizli saxlanılır. Bizdə də hər şey “gizli” idi. Lakin mükafatlandırma mərasimindən yarım saat öncə artıq onların adları bəlli idi. Görünür, ən yaxşıların adları yalnız AFFA rəhbərliyi üçün gizli saxlanılıbmış. Hansı ki, tədbirə onlar da qonaq qismində gəlmişdilər. Qalan hər kəs isə bir-birini təbrik etməklə məşğul idi. Bir sözlə, sürpriz effekti tamamilə heçə enmişdi.
 
Ən yaxşı nominasiyalarda ötən mövsümlə müqayisədə dəyişikliklər vardı. Mövsümün tapıntısı, ən yaxşı legioneri, yerli futbolçusu bu dəfə yox idi. Maraqlıdı ki, PFL prezidenti Ramin Musayev hər dəfə deyir ki, ölkə çempionatı ildən-ilə güclənir. Amma əfsuslar olsun ki, ötən il üçün mövsümün tapıntısı olmadı. Çünki elədi ki, var, eləsi yoxdu. Musayevin və Azərbaycan futbolunun “qrandlar”ının sayəsində bizim çempionat legionerlərin birinciliyinə çevrilib.

Mövsümün qəhrəmanları arasında isə cəmi 3 azərbaycanlı var idi: Qapıçı Kamran Ağayev (Xəzər Lənkəran), müdafiəçi Ruslan Abışov və baş məşqçi Arif Əsədov (hər ikisi “Neftçi”). Belə baxanda hər şey normaldı. Amma Abışovla bağlı sual yaranır – o, mükafata layiq deyildi. Yaxşısı budu onu Rəşad Sadıqova (Qarabağ) və ya “Neftçi”dən İqor Mitreskiyə verərdilər.

Həmçinin ən yaxşı məşqçilər arasında Qurban Qurbanovun olmaması da maraq doğurur. Amma “Qarabağ”ın çalışdırıcısını tez sakitləşdirdilər. Avrokuboklardakı uğurlarına görə ona xüsusi mükafat təqdim olundu. “Qəbələ”nin çalışdırıcısı Toni Adamsın inciməməsi üçün ona da mükafat verdilər. Necə də olmasa London “Arsenal”ının əfsanəsini PFL yaddan çıxarmazdı. Qalan mükafatçılarla – Flavinyo, Uinston Parks və Georgi Adamiya ilə bağlısa problem yox idi. Onlar elə öncədən də bu mübarizədə favorit idilər.

Daha sonra üç ən yaxşı hakim və köməkçiləri seçildi.  Təbii ki, burda da heç kimin inciməməsinə xüsusi diqqət ayrılmışdı. Buna qədər isə jurnalistlər də mükafatlandırıldılar. PFL prezidenti jurnalistlərlə ünsiyyəti çox sevir. Bu üzdən də o, qərar verib ki, bu il mətbuat nümayəndələrini də üç nominasiyada mükafatlandırsın. Görünür, ayrıca ən yaxşı jurnalisti seçmək çətin olduğundan, çox müasir qaydada bölgüyə üstünlük verilmişdi: elektron KİV, qəzet və telekanal. Diktofon tutanlarla, həmkarlarından informasiya oğurlayanlarla, elə bu sahəylə ümumiyyətlə əlaqəsi olmayanlarla da münasibətlərimi heç vaxt gizlətməmişəm. Əfsuslar olsun ki, müasir jurnalistikada elələrinin sayı çoxdu, nəinki əsl işləyənlər. Onlar heç futbola da getmirlər, müsahibə götürdüklərini unudublar, amma PFL-in tədbirində iştirak etməklə bağlı heç bir problemləri yoxdu. Başqa cür ola da bilməz. Çünki, Musayev öz “dost”larını dəvət edir. Bir müddət öncə PFL rəhbəri təklif etmişdi ki, jurnalistlərə kredit ayrılsın. Belədə, kim onun dostu olmaq istəməz ki?
 
Nominasiya ilə yaxından-uzadan əlaqəsi olmayanların qalib olması təəccüblü deyildi. Şübhəsiz ki, PFL-in bunun üçün cavabı da məlumdu: seçimi mətbuat edib. PFL isə görünür elə sadəcə AFFA-nın çempionatı keçirmək üçün bir komitəsi olaraq qalmaqdadı. Daha bir maraqlı məqam: əgər ən yaxşı jurnalistlər müəyyənləşdirirsə, o zaman bu işdə PFL niyə belə fəallıq nümayiş etdirir? O zaman niyə mətbuat ölkə çempionatının reqlamentinin hazırlanmasında, klubların sayının azaldılıb, artılımasında iştirak etmir? Bəlkə, mətbuata bir qədər də məsuliyyətli işlər tapşırasız: hakim və hakim-inspektor təyinarlarını, İntizam Komitəsinin iclaslarını...

Az sonra PFL daha üç KİV nümayəndəsini Premyer Liqanın oyunlarının yayımlanmasında və təbliğində göstərdikləri xidmətə görə öz partnyoru vasitəsilə mükafatlandırdı. Əvvəllər bu mükafatı dövlət telekanalı olan AzTv-yə verirdilər. Bu dəfə isə PFL rəsmiləri təkcə onları yox, daha iki KİV nümayəndəsini mükafatlandırdılar. Səbəb sadədi: təki inciməsinlər.

İndi isə soruşmaq istərdim, siz idman mətbuatının çempionatın oyunlarına gəlməsindən razısınızmı, Ramin Musayev? KİV-in böyük əksəri klubların oyunlarından yox, bu və digər görüşdəki hakim səhvlərindən yazırlar. İndi siz birdən-birə altı mətbuat nümayəndəsini mükafatlandırmaqla onları özünüzə dost edirsiz?!

Amma kimlər ki, yağış, külək olmasına baxmayaraq, şənbə, bazar, bayram günlərində də çalışanlar düşünməyə dəyməzdimi? İndi aydın olur ki, çempionatımıza niyə az azarkeş gəlir. Bu çempionat sizin yox, “Xəzər Lənkəran” və “Kəpəz” azarkeşlərinin çempionatıdı. Hansı ki, idman prinsiplərindən uzaq olduğunu hamı görür. Çempionatı başqası qazanır, Avropada gücünü göstərən yeganə komanda isə yenə “Qarabağ” olur.
 
Yeri gəlmişkən, əgər yenə bəzi nəşrlər PFL-in bu səsverməsində iştirak edənlər arasında olsa, azerisport.com artıq bu məzhəkədə iştirak etməyəcək.

Vüqar Zeynalov
 

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.