4 noyabr 2011 02:15
PFL-dən 4 kluba 390 min manatlıq bəxşiş
2010-2011 mövsümündə Premyer Liqada medal qazanmış klublara pul mükafatı verilib. Azerisport.az xəbər verir ki, mükafatçılar ötən gün Bakı Biznes Mərkəzində keçirilən tədbirdə mükafatlandırılıb.
Ölkə çempionu olmuş "Neftçi" 150 min manat mükafat alıb. Çempionun mükafatı klubun vitse-prezidenti Tahir Süleymanova verilib. "Xəzər Lənkəran"a gümüş medallara görə, 100 min manat mükafat təqdim olunub. Lənkəran klubunun mükafatını vitse-prezident Tuyqun Nadirov alıb.
Premyer Liqanın bürünc mükafatçısı "Qarabağ" isə 70 min manat irəli düşüb. Ağdam klubunun mükafatı isə vitse-prezident Tahir Gözələ təqdim olunub.
Bundan başqa ötən mövsüm I divizionda ikinci yeri tutan və hazırda Premyer Liqada çıxış edən "Rəvan"a 70 min manat mükafat verilib. "Abşeron" çempion olsa da, sonradan fəaliyyətini dayandırdığından 100 manatlıq mükafat ləğv olunub.
