4 noyabr 2011 15:43
Qurban Qurbanov Barcelonada
"Qarabağ" İspaniyanın "Real" və "Barcelona" klubları ilə əməkdaşlığa başlayır. Azerisport.az xəbər verir ki, Ağdam klubunun baş məşqçisi bu yaxınlarda təcbürə keçmək üçün "Barcelona"nın düşərgəsinə yollanacaq.
Komandanın fizioterapevti Oqtay Gürsoy da İspaniyaya gedəcək. Amma o, Qurban Qurbanovdan fərqli olaraq "Barsa"nın əzəli rəqibi "Real"ın düşərgəsinə üz tutacaq.
Qeyd edək ki, "Qarabağ" bundan əvvəl "Twente" və Dortmund "Borussiya"sı ilə əməkdaşlıq edirdi.
