4 noyabr 2011 16:21
Albaniya-Azərbaycan matçının başlama saatı açıqlandı
Futbol üzrə Albaniya və Azərbaycan yığmaları arasındakı yoldaşlıq oyununun başlanma vaxtı müəyyənləşib. Azerisport.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
Məlumatda bildirilir ki, noyabrın 11-də keçiriləcək oyun yerli vaxtla saat 18:00-da (Bakı vaxtı ilə saat 21:00) başlayacaq.
