4 noyabr 2011 16:44
Aleksandr Starkov: Komandam çox yaxşı oynadı
“Bakı”nın baş məşqçisi Aleksandr Starkov Premyer Liqanın 12-ci turunun “Kəpəz”lə oyununu şərh edib. Azerisport.az xəbər verir ki, latviyalı mütəxəssis komandasının 3:1 hesabıyla qələbə qazandığı görüşlə bağlı bunları dilə gətirib:
“Komandamın oyunundan razıyam. Çox yaxşı oynadıq. Komanda qarşısına qoyulan bütün vəzifələrin öhdəsindən gəldi. Xüsusilə Parksın oyunu xoşuma gəldi. Cinah oyunçularımız da özlərini yaxşı tərəfdən göstərdilər, hücumlara yaxşı qoşulurdular. Yağışdan sonra meydanın vəziyyəti heç də yaxşı deyildi. Belə meydanda hücum etmək daha çətindi, nəinki müdafiə olunmaq. Əsas odu ki, biz lazım olan üç xalı qazandıq. İlk dövrədəki məğlubiyyətin revanşını aldıq”.