4 noyabr 2011 16:51
Mehman Allahverdiyev: Hakim penalti təyin etməliydi
“Kəpəz”in baş məşqçisi Mehman Allahverdiyev Premyer Liqanın 12-ci turunun “Bakı” ilə oyununu şərh edib. Azerisport.az xəbər verir ki, o, komandasının 1:3 hesabıyla məğlub olduğu görüşlə bağlı bunları dilə gətirib:
“Gərgin oyun alındı. İlk hissədə komandam o qədər də yaxşı təsir bağışlamadı. Fasilədən sonra üstünlüyə yiyələndik. Hakim “Bakı”nın cərimə meydançasında bir neçə qayda pozuntusunu qeydə almadı. Oyundan sonra həmin epizodların təkrarına baxdım və əminliklə deyə bilərəm ki, hakim səhvə yol verdi. Amma bu məğlubiyyəti faciəyə çevirmək lazım deyil. Biz də onları səfərdə yenmişdik. Halbuki, rəqibin qapısına penalti təyin olunsaydı, hər şey fərqli olacaqdı”.