4 noyabr 2011 17:21
Kamran Ağayev: Bu ada layiq olduğumu göstərəcəm
2010/2011-ci il mövsümünün qaliblərinin mükafatlandırılması mərasimində ötən mövsümün “ən yaxşı qapıçısı” seçilən “Xəzər Lənkəran”lı Kamran Ağayev öz fikirlərini bildirib. Azerisport.az xəbər verir ki, o, PFL-in rəsmi saytına açıqlamasında bunları dilə gətirib:
“Azərbaycanda kifayət qədər güclü qapıçılar çıxış edir. Bir çox qapıçı ilin ən yaxşısı seçilməyə layiqdi. Ancaq məni seçdiklərinə görə təşəkkür edirəm. Gələcəkdə də çalışacağam ki, bu ada layiq olduğumu göstərim. İndiyə kimi özümüzə görə oynayırdıq. Amma xalq bizi belə mükafatlarla təltif edirsə, deməli biz artıq xalqın adamlarıyıq. Hal-hazırda yüngül zədəm var. Ona görə də növbəti turda “Neftçi”yə qarşı iştirakım sual altındadı. Amma oyuna qədər hazır olsam, meydana çıxacağam. Mən meydanda olsam da, olmasam da komandamıza inanıram”.
