4 noyabr 2011 18:38
Vladislav Qədirov: Bizi Hodziçin qırmızı vərəqəsi yıxdı
“Rəvan”ın baş məşqçisi Vladislav Qədirov Premyer Liqanın 12-ci turunun “Simurq”la oyununu şərh edib. Azerisport.az xəbər verir ki, o, 1:1 hesabıyla başa çatan görüşlə bağlı bunları dilə gətirib:
“Çox gərgin oyun oldu. İlk hissədə qol imkanlarından istifadə edə bilmədik. Ekrem Hodziçin qırmızı vərəqəsi bizi yıxdı. Taktiki dəyişiklik etməyə çalışsaq da, alınmadı, qapımızdan qol buraxdıq. Nəticə məni qane etmədi. 15 günlük fasilədən yararlanıb daha yaxşı hazırlaşmağa çalışacağıq. Hodziç qırmızı vərəqə aldığına və daxili intizamı pozduğuna görə rəhbərliklə bu barədə danışdıqdan sonra, qərar verəcəyik”.
