4 noyabr 2011 18:44
Sergey Yuran: Futbolçularım eyforiyaya qapılmışdılar
“Simurq”un baş məşqçisi Sergey Yuran Premyer Liqanın 12-ci turunun “Rəvan”la oyununu şərh edib. Azerisport.az xəbər verir ki, rusiyalı mütəxəssis 1:1 hesabıyla başa çatan görüşlə bağlı bunları dilə gətirib:
“İlk hissədə yaxşı oynamadıq. Futbolçularım “Qəbələ” üzərində qələbə qazandıqdan sonra eyforiyaya qapılmışdılar. Bunu onlara oyundan qabaq da demişdim. Fasilədə futbolçularımla yüksək tonda danışdıqdan sonra komandam daha yaxşı oynadı. İkinci hissədə qol imkanlarımız çox oldu, amma istifadə edə bilmədik. “Rəvan” yaxşı komandadır, fikrimcə, heç-heçə pis nəticə deyil”.
