5 noyabr 2011 00:07

Meydan sahibləri üçün qara gün

Futbol üzrə Azərbaycan Premyer Liqasında ikinci dövrənin ilk - 12-ci turunun oyunlarına start verildi. Azerisport.az xəbər verir ki, son turlardakı ənənəyə uyğun olaraq, bu turun da ilk görüşləri cümə günündə baş tutdu.
 
Hesabat turu Gəncədə start götürdü. Burda yerli "Kəpəz" "Bakı"nı qəbul edirdi. Komandaların hər ikisi son turda məğlubiyyətlə üzləşmişdi. Mehman Allahverdiyevin komandası səfərdə “Xəzər Lənkəran”a minimal hesabla uduzduğu halda, “zolaqlılar” da Quzanlıda “Qarabağ”a məğlubiyyətdən qaça bilməmişdi. Bu dəfə tərəflər ardıcıl ikinci məğlubiyyətdən qaçmağı və ya onu qələbəylə unutdurmağı hədəfləmişdilər.
 
Üstünlük isə təbii ki, meydan sahiblərinin tərəfindədi. Əvvəla ona görə ki, bu komanda cari mövsümdə pis təsir bağışlamadığı kimi, ev oyunlarında rəqibləri üçün daha qarşısıalınmaz idi. Digər tərəfdən “Bakı” gəncəlilərlə ilk dövrədəki ev oyununda məğlub olduğundan, rəqibinə nisbətən təzyiq altındaydı. Lakin “Kəpəz” hansısa revanş, qisas hissi ilə yaşamırdı və bu oyuna da arxayın çıxıb, xal və ya xallarını qazana bilərdi. “Bakı” isə ilk altılığa düşmək şanslarını azaltmamaq üçün bu dueldən qalib ayrılmağa borcluydu.
 
Qarşılaşmaya gəlincə, Aleksandr Starkovun komandası Gəncədə gözləniləndən də asan qələbəyə sevindi. Rəqib meydanında çıxış etməsinə baxmayaraq, daha fəal olan “zolaqlılar” demək olar ki, görüşün taleyini elə ilk yarıda həll etdilər. Paytaxt klubu üçüncü qolu da vurduqdan sonra, qələbəsinə şübhə yeri qoymadı. Meydan sahiblərinin gücü isə sadəcə təsəlli qoluna tapdı. Beləcə, ilk dövrədəki darmadağının qisasını alan “Bakı” turnir cədvəlindəki vəziyyəti yaxşılaşdırmış oldu.

Günün digər matçında isə "Rəvan" "Simurq"u qəbul etdi. Hansı ki, bu görüşün də kifayət qədər maraqlı alınacağı istisna deyildi. Vladislav Qədirovun gəlişindən sonra məğlubiyyət tanımayan, “Qəbələ” və AZAL-ı səfərdə məğlub edən “Rəvan” yalnız son turda “İnter”ə boyun əymişdi. Zaqatala təmsilçisi isə minimal hesablı məğlubiyyətlər seriyasına son turda “Qəbələ” ilə səfər matçında son qoymuşdu. Sergey Yuranın komandası həmin görüşdə böyük sensasiyaya imza ataraq, Qəbələ təmsilçisini azarkeşlərinin gözü qarşısında məğlub etmişdi.
 
Bu oyunda “Simurq” həmin uğurun davamını gətirmək haqda düşünürdü. “Rəvan” isə son turdakı məğlubiyyəti unutdurmaq istəyirdi. Qarşılaşma bakılıların hücumları ilə başladı və təşkil olunan gözəl hücumu Samuel Barlay əla qolla tamamladı. Bu erkən qoldan sonra meydan sahiblərinin işinin daha asan olacağını gözləmək olardı. Amma ikinci hissədə komandanın liderlərindən olan Ekrem Hodziçin meydandan qovulması “Rəvan”a böyük zərbə oldu. Bundan yararlanan qonaqlar hücuma daha fəal qoşulmağa başladılar. Düzdü, az sonra Yanatovski də ikinci sarı vərəqə ilə meydandan qovuldu və “Simurq” da 10 nəfərlə mübarizə aparmaq məcburiyyətində qaldı. Amma bu, qonaqların hesabı bərabərləşdirməsin mane olmadı. Hətta Zaqatala klubu bu oyunu qələbə ilə də başa vura bilərdi. Ancaq tərəflər ilk dövrədəki kimi, yenə xal bölgüsünə razılaşdılar. Maraq üçün xatırladaq ki, bu klublar Zaqatalada da 1:1 hesablı heç-heçəyə razılaşmışdılar.
 
Premyer Liqa
12-ci tur
4 noyabr
 
Kəpəz - Bakı - 1:3 (0:2)
Qollar: U.Parks, 12 (0:1), D.Çesnauski, 36 (0:2), A.Şoliç, 65 (0:3), A.Feutchine, 70 (1:3).
Vərəqələr: Anton Qay, 45 (hakimin qərarın etiraz), Muammer Erdoğdu, 47 (qeyri-idman hərəkəti) - Deyvidas Çesnauski, 7 (qeyri-idman hərəkəti), Novruz Məmmədov, 68 (qeyri-idman hərəkəti), Aleksey Savinov, 90 (qeyri-idman hərəkəti) – sarı.
Hakimlər: Elçin Məmmədov, Azər Əsgərov, Zeynal Zeynalov, İnqilab Məmmədov.
AFFA nümayəndəsi: Rauf Hüseynli.
Hakim-inspektor: Səfər Haşımov.
Artırılan vaxt: I hissədə - 1 dəq.; II hissədə - 3 dəq.
4 noyabr 2011. Gəncə. Şəhər stadionu. 8300 tamaşaçı.
Kəpəz: 22. Konstantin Kolesnikov, 4. Azər Məmmədov (k), 5. Muammer Erdoğdu (19. Zaur Əsədov, 85), 10. Ceyhun Sultanov, 11. Sabir Allahquliyev, 14. Dmitri Parxaçov (6. Vasif Əliyev, 46), 18. Nikolay Svejentsev, 25. Anton Qay (8. Armand Feutçine, 46), 28. Milan Antiç, 30. Yuri Fomenko, 34. Cavad Mirzəyev.
Ehtiyat oyunçular: 1. Tural Abbaszadə, 7. Asif Qədiri, 15. Şahin Kərimov, 17. Renat Sultanov.
Baş məşqçi: Mehman Allahverdiyev.
Bakı: 1. Marko Şarliya, 3. Denis İvanov, 6. İbrahim Karqbo, 7. Deyvidas Çesnauski, 8. Junior Xavier Vilson, 11. Elvin Məmmədov, 14. Elvin Əliyev, 15. Cəmşid Məhərrəmov (k) (32. Aleksey Savinov, 85), 21. Novruz Məmmədov, 36. Uinston Parks (10. Jaba, 65), 77. Aleksandar Soliç (4. Vadim Borets, 73).
Ehtiyat oyunçular: 16. Aqil Məmmədov, 5. Stevan Bates, 29. Əziz Quliyev, 99. Rəhman Hacıyev.
Baş məşqçi: Aleksandr Starkov.
 
Rəvan - Simurq - 1:1 (1:0)
Qollar: S.Barlay, 15 (1:0), A.Rubin, 72 (1:1)
Vərəqələr: Taqım Novruzov, 25 (perspektivli hücumun qarşısını aldığına görə), Ekrem Hodziç, 43 (qeyri-idman hərəkəti); 56 (qeyri-idman hərəkəti), Şarapudin Şalbuzov, 46 (sürüşmə fəndindən düzgün istifadə etmədiyinə görə), Davud Kərimi, 55 (qeyri-idman hərəkəti) - Rasim Ramaldanov, 30 (rəqibi itələdiyinə görə), Vasili Yanotovski, 43 (sürüşmə fəndindən düzgün istifadə etmədiyinə görə); 63 (sürüşmə fəndindən düzgün istifadə etmədiyinə görə) – sarı, Ekrem Hodziç, 56 (qeyri-idman hərəkəti) - Vasili Yanotovski, 63 (sürüşmə fəndindən düzgün istifadə etmədiyinə görə) – sarı.
Hakimlər: Ramil Diniyev, Nahid Əliyev, Aleksandr Musatkin, Vüsal Əliyev.
AFFA nümayəndəsi: Sakin Məmmədzadə.
Hakim-inspektor: Asim Xudiyev.
Artırılan vaxt: I hissədə - 2 dəq.; II hissədə - 3 dəq.
4 noyabr 2011. Bakı. "Dalğa Arena" stadionu. 250 tamaşaçı.
Rəvan: 12. Davud Kərimi, 3. Miloş Zeçeviç (k), 4. Ekrem Hodziç, 6. Taqim Novruzov, 7. Reys Klaudiney (13. Fərid Həşimzadə, 58), 8. Tural Axundov, 11. Şerif Suma, 17. Ramazan Abbasov (22. Amid Hüseynov, 81), 18. Samuel Barlay, 24. Hüseyn İsgəndərov, 30. Şarapudin Şalbuzov (90. Sergey Çernışev, 53).
Ehtiyat oyunçular: 61. İvan Vasilyev, 5. Natiq Kərimi, 15. Tural Cəlilov, 20. Kristian Torres.
Baş məşqçi: Vladislav Qədirov.
Simurq: 32. Adnan Hodziç, 2. İlkin Qırtımov, 3. Rasim Ramaldanov (k), 4. Vasili Yanotovski, 8. Qərib İbrahimov (21. Kristap Qrebis, 53), 11. Robertas Poşkus, 13. Aleksandr Şemonayev, 14. Andrey Rubin (23. Ruhid Usubov, 90+3), 28. Yevgeni Şmakov, 77. Daniel Genov (10. Tofiq Mikayılov, 82), 79. Vidas Alunderis.
Ehtiyat oyunçular: 1. Fuad Əhmədov, 17. Rüstəm Məmmədov, 15. Anar Həsənli, 9. Əli Bağırov.
Baş məşqçi: Sergey Yuran.
 
Turun qalan oyunları bu gün və sabah keçiriləcək: 5 noyabr - Qarabağ - Sumqayıt Şəhər, AZAL - Qəbələ; 6 noyabr - Turan – İnter, Neftçi - Xəzər Lənkəran.
 
 
1
Xəzər Lənkəran
11
8
2
1
17-7
26
2
Neftçi
11
7
1
3
16-9
22
3
İnter
11
6
3
2
10-7
21
4
Qarabağ
11
6
2
3
15-10
20
5
Bakı
12
5
4
3
15-11
19
6
Qəbələ
11
4
3
4
12-13
15
7
Rəvan
12
3
5
4
15-16
14
8
Simurq
12
3
3
6
10-13
12
9
Kəpəz
12
3
3
6
16-20
12
10
Turan
11
3
1
7
8-14
10
11
AZAL
11
2
4
5
12-16
10
12
Sumqayıt Şəhər
11
1
3
7
5-15
6
 
Bombardirlər:
 
5 - Sergey Artyux (Turan)
4 - Ceyhun Sultanov, Yuri Fomenko (Kəpəz), Dodo (Qəbələ), Bahodir Nasimov (Neftçi).

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.