5 noyabr 2011 00:25
“Azərbaycanlılar” Azərbaycana qarşı
Milli komandamızla yoldaşlıq oyunu keçirəcək Albaniya millisinin heyəti açıqlanıb. Azerisport.az xəbər verir ki, Albaniya yığmasının baş məşqçisi millimizlə görüşə Premyer Liqamızdan 3 futbolçu çağırıb.
Belə ki, "Qarabağ"ın müdafiəçiləri Admir Teli və Ansi Aqolli ilə yanaşı, AZAL-ın yarımmüdafiəçisi Ervin Bulku da noyabrın 11-dəki qarşılaşmaya çağırılıb. "Xəzər Lənkəran"ın alban legioneri Elvin Beqiri isə oyuna dəvət edilməyib.
