5 noyabr 2011 17:52
Qəbələ və Qarabağ üçün şok (YENİLƏNİB)
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasının 12-ci turun növbəti oyunları keçirilib. Azerisport.az xəbər verir ki, turun ikinci oyun günündə də 2 görüş baş tutub.
Günün ilk matçında "Qarabağ" Quzanlıda "Sumqayıt Şəhər"i qəbul edib. Ağdam təmsilçisi ilk dövrədə Sumqayıtda baş tutan ilk görüşdəki heç-heçənin təsadüfi olduğunu sübut etməliydi. Lakin bunun tam əksi olub. Belə ki, sumqayıtlılar həmin heç-heçənin təsadüfi olmadığını isbatlayıblar və qələbəyə seviniblər.
Digər oyun isə yeni mövsümün uğursuzları – AZAL və "Qəbələ" arasında baş tutub. "Təyyarəçilər" bu görüşdə rəqibini darmadağın edib.
Premyer Liqa
12-ci tur
5 noyabr (şənbə)
5 noyabr (şənbə)
AZAL – QƏBƏLƏ - 3:0 (0:0)
Qollar: Tales Şütz, 48 (1:0), Tales Şütz, 68 (2:0), Tərlan Xəlilov, 90 (3:0).
Hakimlər: Anar Salmanov, Rahil Ramazanov, Munis Abdullayev, Alik Yunusov.
Bakı. AZAL Arena.
Oyun başladı
Üstünlük ilk dəqiqələrdən AZAL-da olsa da, "Qəbələ" də özünə gəlir
Murad Hüseynovun uzaqdan qapıya zərbəsi dəqiq alınmır
Qonaqların oyunçusu Baraninin ənənəvi aut atışından sonra hesab açılsa da, hakimlər Həsənzadəyə qarşı qayda pozuntusu qeydə alırlar
AZAL qol vəziyyəti yaratmaqda çətinlik çəkir
Kvirtiya hesabı açmağa yaxın olsa da, Doroşev yerindədi
AZAL üç dəfə hesabı açmağa yaxın olsa da, qapıya son zərbələr dəqiq alınmır
Birinci hissə başa çatdı
İkinci hissə başladı
Tales Şütz meydan sahiblərini hesabda önə keçirir - 1:0
Şükürovun meydan sahiblərini cəzalandırmaq istəyi baş tutmur
Toni Adams Mendini də döyüşə atır
Qonaqların hücum xətti çox dişsizdi
Tales Şütz özünün və komandasının ikinci qolunu vurur - 2:0
Şütz az qala üçüncü qolunu vuracaqdı
Toni Adamsın sonrakı əvəzetmələri də oyunda dönüş yaratmır
Əvəzində bakılılar daha bir qol vururlar: Tərlan Xəlilov hesabı darmadağın həddinə çatdırır - 3:0
Matç başa çatdı
QARABAĞ – SUMQAYIT ŞƏHƏR - 1:2 (0:1)
Qollar: Kamil Nurəhmədov, 20 (0:1), M.Səttarlı, 72 (0:2), L.Roşa, 90+1 (1:2)
Hakimlər: Rəhim Həsənov, Yaşar Abbasov, Knyaz Əmiraslanov, Teymur Fərhadov.
Ağdam rayonu, Quzanlı qəsəbə Olimpiya İdman Kompleksinin stadionu.
Oyun başladı
5. Oyun hələ ki, kəşfiyyyat xarakteri daşıyır
10. İlk künc zərbəsini oyunda qonaq komanda yerinə yetirir və top meydandan çıxır
12. "Qarabağ"ın sürətli əks hücumu... Vüqar sürətlə irəliləyir, lakin topu itirir
14. Növbəti hücum... Vüqarın cərimə meydançasında olan Raufa ötürməsinə sonuncu dəqiq zərbə endirə bilmir
16. Roşa künc zərbəsini yerinə yetirir, onun qapıya doğru zərbəsi, lakin top qapıdan çox az fərqlə aralı keçir
17. Daha bir hücum... Roşadan gözəl ötürmə, lakin ötürmə bir qədər sürətli olur, Vüqar topu saxlaya bilmir
20. Qonaqların əks-hücumu zamanı Kamil Nurəhmədov hesabı açır - 0:1
27. Ansi Aqollinin qapıya zərbəsini qapıçı tutur
29. Emin Mustafayev matçda ilk sarı vərəqənin müəllifi olur
35. "Qarabağ"ın hücumları hələ ki, bəhrəsizdi
38. Sumqayıtlıların yerinə yetirdiyi künc zərbəsi qol gətirmir
40. Ağdamlılar da kornerdən fərqlənmək istəyirlər. Vüqarın baş zərbəsi dəqiq alınmır
41. Samir Abasov Adamiyaya qarşı kobudluğa görə sarı vərəqə alır
42. Aqollinin zərbəsini Popoviç tutur
45. Vüqarın uzaqdan zərbəsi qapıdan aralı keçir
45. İlk yarının əsas vaxtına 2 dəqiqə əlavə olunur
Birinci hissə başa çatdı
İkinci hissə başladı
46. Rauf Əliyevin əvəzində meydana Rəşad Sadıqov çıxıb
50. "Qarabağ" təzyiqi artırsa da, SŞ inamla müdafiə olunur
52. Qonaqların yerinə yetirdiyi künc zərbəsi zamanı ağdamlılar topu ələ keçirirlər, lakin əks-hücumları uğursuz alınır
59. Emin Mustafayevin əvəzində meydana Murad Səttarlı çıxır
61. Qonaqların hücumu zamanı Fərhad Vəliyev topa sahib çıxır
63. Qara Qarayevin zərbəsi qapıdan aralı keçir
64. "Qaranağ"ın təhlükəli hücumu zamanı Əfranın ötürməsini Adamiya birbaşa qapıya ünvanlasa da, top dirəkdən qayıdır
68. Roşa da sarı vərəqə ilə cəzalanır
70. SŞ-də Eldar Məmmədovu Ramil Həşimzadə əvəzləyir, "Qarabağ"da isə İlqar Qurbanovun əvəzində meydana Bəxtiyar Soltanov çıxır
72. Murad Səttarlı sağ cinahdan asmanı başla qapıya göndərir - 0:2
75. Roşa qol vurmağa yaxın olsa da, zərbəsi qapıdan azca aralı keçir
76. "Qarabağ"da Adamiyanı Nderim Nedzipi əvəzləyir
80. Meydan sahiblərinin hücumları heç bir nəticə vermir
85. Roşanın zərbəsini Popoviç kornerə çıxarır. Künc zərbəsi isə qapıçıda qalır
86. Samir Abasovu Slavik Alxasov əvəzləyir
89. Qonaqlar üçüncü qolu vurmağa yaxın olsalar da, həlledici zərbə qapıdan aralı keçir
90. Matçın əsas vaxtına 4 dəqiqə əlavə olunur
90+1. Roşa müdafiəçilərin arxasına atılan topu qəbul edib asanlıqla qapıdan keçirir - 1:2
90+2. Aqolli sarı vərəqə alır
Matç başa çatdı
Qeyd edək ki, turun iki görüşü dünən keçirilmişdi: Kəpəz – Bakı – 1:3, Rəvan – Simurq – 1:1. Qalan iki görüş isə sabah oynanılacaq: Turan – İnter, Neftçi - Xəzər Lənkəran.
|
1
|
Xəzər Lənkəran
|
11
|
8
|
2
|
1
|
17-7
|
26
|
|
2
|
Neftçi
|
11
|
7
|
1
|
3
|
16-9
|
22
|
|
3
|
İnter
|
11
|
6
|
3
|
2
|
10-7
|
21
|
|
4
|
Qarabağ
|
12
|
6
|
2
|
4
|
16-12
|
20
|
|
5
|
Bakı
|
12
|
5
|
4
|
3
|
15-11
|
19
|
|
6
|
Qəbələ
|
12
|
4
|
3
|
5
|
12-16
|
15
|
|
7
|
Rəvan
|
12
|
3
|
5
|
4
|
15-16
|
14
|
|
8
|
AZAL
|
12
|
3
|
4
|
5
|
15-16
|
13
|
|
9
|
Simurq
|
12
|
3
|
3
|
6
|
10-13
|
12
|
|
10
|
Kəpəz
|
12
|
3
|
3
|
6
|
16-20
|
12
|
|
11
|
Turan
|
11
|
3
|
1
|
7
|
8-14
|
10
|
|
12
|
Sumqayıt Şəhər
|
12
|
2
|
3
|
7
|
7-16
|
9
|
Bombardirlər:
5 - Sergey Artyux (Turan)
4 - Ceyhun Sultanov, Yuri Fomenko (Kəpəz), Dodo (Qəbələ), Bahodir Nasimov (Neftçi).
