5 noyabr 2011 00:04
Emin Mahmudov oynadı, Spartak qələbə qazandı
Rusiyanın “Spartak” (Moskva) klubunun əsas komandasında öz yerini itirən azərbaycanlı futbolçu Emin Mahmudovun əvəzedici heyətə göndərildiyini xəbər vermişdik. Azerisport.az xəbər verir ki, ötən gün o, əvəzedici komandanın heyətində oyuna da çıxıb.
Belə ki, Valeri Karpinin şans vermədiyi futbolçu əvəzedicilərlə birgə “Dinamo” (Moskva) ilə oyunda 90 dəqiqə meydanda olub. Lakin Eminə bu oyunda qol vurmaq müyəssər olmayıb.
Qarşılaşma isə “Spartak”ın 2:1 hesablı qələbəsi ilə başa çatıb.
