5 noyabr 2011 00:21
Rasim Kara: Neftçi – XL matçında çoxlu qol olacaq
“Xəzər Lənkəran”ın sabiq baş məşqçisi Rasim Kara Premyer Liqamızın 12-ci turunun “Neftçi” ilə oyunu ərəfəsində keçmiş komandasının şanslarını dəyərləndirib. Azerisport.az saytına müsahibəsində türkiyəli mütəxəssis bunları dilə gətirib:
“Bu qarşılaşmanın nəticəsi barədə öncədən proqnoz vermək çox çətindi. “Xəzər Lənkəran” səfərdə oynasa da, onların azarkeş dəstəyi sarıdan problemi olmayacaq. Bu görüş daha çox “Neftçi” üçün böyük əhəmiyyət kəsb edir. Çünki bakılılar qələbə qazanmaqla Lənkəran klubuyla aradakı xal fərqini minimuma endirə bilərlər. Hesab edirəm ki, hər iki komanda açıq futbol sərgilədiyi üçün, biz bu oyunda çoxlu qol görə biləcəyik. Amma kimin qalib gələcəyini deyə bilmərəm”.