4 noyabr 2011 11:47
12-ci tur: Yunis Hüseynovun proqnozu
“Karvan”ın sabiq baş məşqçisi Yunis Hüseynov azerisport.az saytı üçün Premyer Liqanın 12-ci turunun oyunları ilə bağlı proqnozlarını açıqlayıb.
Kəpəz – Bakı
Fikrimcə, “Bakı” “Kəpəz”i məğlub edə bilməyəcək. Son turlarda Starkovun komandası heç də yaxşı oyun sərgiləmir. “Bakı” Gəncədə qələbə qazanacaq qədər güclü deyil. Meydan sahiblərini daha şanslı hesab edirəm. “Kəpəz” qələbə qazanmalıdı.
Rəvan – Simurq
Son dövrlər “Simurq” yaxşı oynayır, onların oyunu xoşuma gəlir. “Rəvan” da asan xal verən komanda deyil. Qonaqların heç-heçə etmək şansı olsa da, mən meydan sahiblərinin qələbəsini gözləyirəm.
Qarabağ – Sumqayıt Şəhər
“Qarabağ” qələbə qazanacaq, buna şübhə etmirəm. Onlar “Bakı”nı yenməklə çempionatın favoriti olduqlarını bir daha göstərdilər. Qurbanovun komandası baxımlı və maraqlı futbol sərgiləyir. Ağdamlıların xal itkisi ən böyük sensasiya hesab oluna bilər.
AZAL – Qəbələ
Bu oyunla bağlı proqnoz verə bilərəm. AZAL baş məşqçisiz oynayacaq. Son turda hər iki komanda uduzub. Hər ikisinin böyük problemləri var. Heç-heçə olacağını düşünürəm.
Turan – İnter
Çətin oyun olacaq. “Turan” Tovuzda yaxşı oynayır. “İnter” maksimum güclə oynamalı olacaq. Amma onlar qələbə qazanmalıdılar.
Neftçi – Xəzər Lənkəran
Bu, Böyük oyundu. Ona görə də proqnoz vermək çətindi. Qələbə qazanmaq şansları bərabərdi. İnanmıram ki, belə oyunun taleyini doğma azarkeş amili həll etsin. Mənim proqnozum heç-heçədi.
