4 noyabr 2011 11:53
Almaniya yığması Bakıya gəlir
Noyabrın 10-dan 15-ə qədər Bakı şəhərində 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının təlim-məşq toplanışı təşkil olunacaq. Azerisport.az xəbər verir ki, hazırlıq prosesi çərçivəsində yığmamız Almaniyanın U-17 komandası ilə 2 yoldaşlıq oyunu keçirəcək.
Noyabrın 12-də və 15-də, AFFA Futbol Mərkəzindəki “Dalğa Arena”da keçiriləcək hər iki qarşılaşma saat 16:00-da başlayacaq.
