4 noyabr 2011 00:07
Rövnəq Abdullayev: Hələ Berti Foqtsla danışıq aparmırıq
AFFA Berti Foqtsla bağlı yekun qərarını verməyib. Azerisport.az xəbər verir ki, bu barədə jurnalistlərə AFFA-nın prezidenti Rövnəq Abdullayev məlumat verib.
Abdullayev bildirib ki, Foqtsun məsələsinə İcraiyyə Komitəsinin qarşıdakı iclasında qərar veriləcək. Komitə bu məsələni müzakirə edəcək və ondan sonra qərar qəbul olunacaq: "Biz Berti Foqtsla müqavilənin müddətinin artırılması ilə bağlı danışıq aparmırıq. AFFA İcraiyyə Komitəsi toplaşacaq və bununla bağlı qərarını verəcək. Yığmamız AÇ-2012-nin seçmə mərhələsində pis oynamadı. Fikrimcə, normal çıxış etdik. Avropa çempionatına vəsiqə qazanmaq üçün əlimizdə böyük material olmalıdı".
