4 noyabr 2011 00:29

AFFA prezidenti: Gələn ildən qaliblər fərqli mükafatlandırılacaq

2010-2011-cu il mövsümü futbol üzrə Azərbaycan Premyer Liqası və birinci divizionunun qaliblərinin mükafatlandırılması mərasimində iştirak edən AFFA-nın prezidenti Rövnəq Abdullayev tədbirdə çıxış etdi. Azerisport.az xəbər verir ki, o, ötən mövsümlə və futbolumuzun hazırkı durumu ilə bağlı bunları dilə gətirib.
 
“Bütün qonaqları və Premyer Liqanın çempionunu, həmçinin digər qalib komandalarımızı salamlayıram. Ənənəvi olaraq qalibləri mükafatladırma mərasiminə yığışmışıq. Bir qədər gec də olsa tədbirimiz baş tutdu. Gələn ildən etibarən çempionatın qalibləri ya həmin gün, ya da çempionat başa çatdıqdan bir neçə gün sonra mükafatlandırılacaqlar.
 
Qeyd etmək istərdim ki, ötən çempionat yüksək səviyyədə keçdi. Bir çox praqnozlaşdırılmayan qarşılaşmalar oldu. Bu da yarışların yüksək səviyyədə təşkil olunmasından xəbər verir. “Neftçi”, “Xəzər Lənkəran” və “Qarabağ” komandalarını bir daha göstərdikləri əzimkarlıq münasibətilə təbrik edirəm. Maraqlı, gərgin mübarizə şəraitində keçən bir çempionatın şahidi olduq. Bütün klublara maraqlı çempionata görə təşəkkür edirəm.
 
Ölkəmizdə uşaq futboluna və ümumilikdə futbola diqqət, qayğı artmaqdadır. Bir sıra rayon mərkəzlərində uşaq stadionları tikilib istifadəyə verilib. Bu da gələcəkdə öz bəhrəsini verəcək. Uşaq futboluna göstərilən qayğı bizə deməyə imkan verir ki, futbolumuzun gələcəyinin parlaq olduğunu söyləyək. Bir daha bütün futbolçularımıza uğurlar və qələbələr arzulayıram. Bütün qalibləri təbrik edirəm”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.