4 noyabr 2011 00:36
“Vaqif Cavadov fəraridi”
AFFA prezidenti Rövnəq Abdullayev Avstriya ilə oyundan sonra milli komandanın düşərgəsini tərk edən və İntizam Komtəsi tərəfindən bir illik cəzalandırılan Vaqif Cavadovun məsələsinə münasibət bildirib. Azerisport.az xəbər verir ki, federasiya rəhbəri futbolçunun yığmanı tərk etməməli olduğunu bildirib:
“Vaqif Cavadov millidən imtina etməklə düzgün addım atmayıb. Millinin hər bir futbolçusu bir əsgərdi. Əsgər isə vətəninə xidmət etməlidi. Əgər əsgər ordu sıralarını tərk edirsə, fəraridi. O, yığmadan imtina etməməli idi”.
