5 noyabr 2011 18:11
Eto´o dubl etdi, Vaqif Sadıqov sevindi (YENİLƏNİB)
Bu gün futbol üzrə Rusiya Premyer Liqasında 30-cu turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, millimizin sabiq baş məşqçisi Vaqif Sadıqovun məşqçi işlədiyi "Anji" bu turda “Krılya Sovetov”u qəbul edib.
Qeyd edək ki, son dövrlər heç də uğurlu çıxışı ilə seçilməyən Mahaçqala təmsilçisi artıq 8-ci pilləyə qədər geriləyib. “Krılya Sovetov” isə 13-cü yerdə gedirdi və “Anji”nin bu oyunda qələbə qazanmasına mane olacağı inandırıcı görünmürdü.
Gözlənildiyi kimi də olub. Düzdü, hesabı qonaqlar açıblar. Lakin tez toparlanan meydan sahibləri 3 qol vuraraq, qələbə qazanıblar. Nəticədə, həmyerlimizin komandası xallarının sayını 48-ə çatdırıb.
Rusiya Premyer Liqası
30-cu tur
5 noyabr
Anji – Krılya Sovetov - 3:1
Qollar: Eto´o, 56; 66-pen, Lahiyalov, 64 - Vorobyev, 55.
