5 noyabr 2011 14:22
Branimir Subaşiç: Neftçidən qorxmuruq
“Xəzər Lənkəran”ın hücumçusu Branimir Subaşiç Premyer Liqanın 12-ci turunun “Neftçi” ilə oyunu öncəsi azerisport.az saytının suallarını cavablandırıb.
- Bu, sizin Azərbaycandakı karyeranıza başladığınız komandaya qarşı ilk sınağınız olacaq...
- Bəli. “Neftçi”yə qarşı hələ oynamamışam. Orda üç il keçirmişəm. Mənim şəxsi fikrimdi: Bu oyunun əhəmiyyətini şişirtməyə meylli deyiləm.
- Ümumiyyətlə, heç bir hiss yoxdu?
- Əlbəttə, var. Mən ki robot deyiləm. "Neftçi" - Azərbaycanda ilk komandadı ki, mən burda çıxış etməyə başlamışam. Orda bir çox yaxşı şeylər gördüm. Yalnız müsbət emosiyalar qalıb.
- Əlbəttə, var. Mən ki robot deyiləm. "Neftçi" - Azərbaycanda ilk komandadı ki, mən burda çıxış etməyə başlamışam. Orda bir çox yaxşı şeylər gördüm. Yalnız müsbət emosiyalar qalıb.
- “Neftçi”yə qol vurmaq kimi xüsusi arzunuz var?
- Xeyr. Mən hücumçuyam və öz işimi görmək istəyirəm. Prinsipcə, digər oyunlarda necə, bu oyunda da elə.
- Bu oyun nəyi dəyişə bilər?
- Xüsusi nəyisə dəyişəcəyini düşünmürəm. Qarşıda hələ kifayət qədər oyun var. Bu oyun heç nəyi həll etmir. Amma prinsipiallıq və revanş baxımından əlbəttə, vacib əhəmiyyət daşıyır. Biz qalib gəlsək, onda xal fərqini yeddi xala çatdırmış olacağıq. Mən "Neftçi"dən olan uşaqların çıxışlarını oxumuşam. Qoy onlar danışsınlar. Biz isə razılaşmışıq ki, bu oyun haqqında mətbuatda çox danışmayaq. Biz rəqibimizdən qorxmuruq, amma hörmətlə yanaşırıq.
- “Neftçi”ylə xal fərqini artırmağı düşünürsüz, yoxsa 4 xallıq fərqi qorumağı?
- Son variant heç də pis deyil. Amma istənilən halda qələbəyə oynayacağıq. Görək bu oyun necə qurtaracaq. Amma unutmaq olmaz ki, “Qarabağ”, “İnter”, “Bakı” və “Qəbələ” kimi rəqiblərimiz də var.
