5 noyabr 2011 15:57
Gürcüstan - Moldova matçı azərbaycanlı hakimlərə tapşırıldı
Noyabrın 11-də Tbilisi şəhərində Gürcüstan və Moldova milli komandaları arasında yoldaşlıq oyunu keçiriləcək. Azerisport.az xəbər verir ki, Gürcüstan Futbol Federasiyasının dəvəti ilə bu oyunu FİFA referisi Vüsal Əliyev idarə edəcək.
Qarşılaşmanın laynsmanları İlham Əliyev və Elman Musayev olacaq.
