5 noyabr 2011 16:16
Azərbaycan Gürcüstanla yoldaşlıq oyunu keçirəcək
Xəbər verdiyimiz kimi, noyabrın 4-dən etibarən Gürcüstanın paytaxtı Tbilisidə 15 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının təlim-məşq toplanışı başlayıb. Azerisport.az xəbər verir ki, millimiz hazırlıq prosesi çərçivəsində yoxlama oyunu da keçirəcək.
Belə ki, yığmamız noyabrın 6-da, Bakı vaxtı ilə saat 15:00-da Gürcüstanın U-15 yığması ilə qarşılaşacaq.
