5 noyabr 2011 16:24
Flavinyo Azərbaycan vətəndaşı olur
Daha bir əcnəbi futbolçu Azərbaycan vətəndaşlığını qəbul edir. Azerisport.az xəbər verir ki, "Neftçi"nin braziliyalı oyunçusu Flavinyo vətəndaşlığını dəyişmək qərarına gəlib.
2010-2011 mövsümünün ən yaxşı futbolçusuna yaxın vaxtlarda Azərbaycan pasportu veriləcək. Bundan sonra o, ölkəmizin vətəndaşı olacaq və millimizdə oynamaq imkanı yaranacaq.
Qeyd edək ki, indiyədək bir sıra əcnəbi futbolçular milliləşdirilərək, yığmamızın formasını geyinib. Onların arasında Vladimir Levin, Aleksandr Çertoqanov, Usim Nduka, Andre Ladaqa, Leandro Qomeş və başqaları var.
