5 noyabr 2011 16:37
AFFA-dan Lənkəranda seminar
Bu gün Lənkəran şəhərində Cənub regionundan Həvəskarlar Liqasının oyunlarına təyinat alan hakim-inspektorlar üçün seminar keçirilib. Azerisport.az xəbər verir ki, hakim-inspektorlar komitəsinin mütəxəssisi Qürbət Həsənov və hakim-inspektor Şahin Cəfərov tərəfindən keçirilən seminarda Həvəskarlar Liqasının oyunlarına təyinat alan 12 hakim-inspektor iştirak edib.
