5 noyabr 2011 16:43
Azərbaycan yığması ABŞ-la qarşılaşacaq
Noyabrın 7-dən 15-ə qədər Almaniyanın Duysburq şəhərində 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının təlim-məşq toplanışı təşkil olunacaq. Azerisport.az xəbər verir ki, komandamız hazırlıq prosesi çərçivəsində bir neçə yoxlama matçı da keçirəcək.
Belə ki, yığmamız noyabrın 11-də, Bakı vaxtı ilə saat 18:00-da ABŞ-ın U-20 yığması ilə görüşəcək. Noyabrın 13-də isə Bakı vaxtı ilə saat 15:00-da isə Köln şəhərinin eyni adlı klubunun U-23 komandası ilə yoldaşlıq oyunu baş tutacaq.
