5 noyabr 2011 16:48
Qurban Qurbanov: Ümid edirəm, SŞ bundan sonra da belə oynayacaq
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Premyer Liqanın 12-ci turunun “Sumqayıt Şəhər”lə oyununu şərh edib. Azerisport.az xəbər verir ki, o, komandasının 1:2 hesabıyla məğlub olduğu görüşlə bağlı bunları dilə gətirib:
“Fikrimcə, “Sumqayıt Şəhər” mövsümdəki ən yaxşı oyununu keçirdi. Ümid edirəm ki, onlar bundan sonra da belə oynamağa davam edəcəklər. Necə ki, bizə qarşı oynadılar. Onların xüsusi olaraq qapıçısını qeyd edərdim”.
