5 noyabr 2011 16:55
Bernard Raab: Uşaqlara minnətdaram
“Sumqayıt Şəhər”in baş məşqçisi Bernard Raab Liqanın 12-ci turunun “Qarabağ”la oyununu şərh edib. Azerisport.az xəbər verir ki, o, komandasının 2:1 hesabıyla sensasion qələbə qazandığı görüşlə bağlı bunları dilə gətirib:
“Sadəcə, iki şey deyə bilərəm. Birincisi, uşaqlar bütün taktiki tapşırıqları yüz faiz yerinə yetirdilər. İkincisi, bu günkü oyuna görə, onlara çox minnətdaram”.
