5 noyabr 2011 18:00

Flavinyo: Tezliklə Azərbaycan pasportu daşıyacağıma inanıram

Xəbər verdiyimiz kimi, “Neftçi”nin yarımmüdafiəçisi, ötən ilin ən yaxşı futbolçusu seçilmiş Flavinyo Azərbaycan pasportu almaq niyyətindədir. Azerisport.az xəbər verir ki, o, bu barədə medalların təqdimetmə mərasimində AFFA prezidenti Rövnəq Abdullayevə də müraciət edib.
 
Azərbaycanda olduğu bir-neçə ildə bura öyrəşdiyini deyən futbolçu bu barədə açıqlama verib:
 
“Artıq bir-neçə ildir ki, Azərbaycandayam. Bura çox öyrəşmişəm. Azərbaycana gəlməklə futbol karyeramda yeni bir səhifə açıldı. Adət-ənənələrə, Bakıdakı ab-havaya öyrəşmək mənim üçün çətin olmadı. Burada futbola göstərilən diqqət və qayğı da urəyimcə oldu. Burada olduğum müddətdə dini, irqi ayrı seçkilik görmədim. Bu baxımdan Azərbaycan tolerant bir ölkədi. Bütün bunları nəzərə alaraq, medalları təqdimetmə mərasimində AFFA prezidenti Rövnəq Abdullayevə yaxınlaşaraq, Azərbaycan pasportu almaq niyyətimi ona bildirdim. AFFA prezidenti də öz növbəsində bunu müsbət qarşıladı və baş katib Elxan Məmmədova bununla bağlı göstərişlərini verdi. Klubumuzda legionerlərə, o cümlədən mənə Azərbaycan haqda kifayət qədər məlumat veriblər. Tezliklə Azərbaycan pasportu daşıyacağıma inanıram” - deyə Flavinyo bildirib.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.