5 noyabr 2011 18:36
Toni Adams: Fanatlar qarşısında üzr istəyirəm
“Qəbələ”nin baş məşqçisi Toni Adams Premyer Liqanın 12-ci turunun AZAL-la oyununu şərh edib. Azerisport.az xəbər verir ki, o, komandasının 0:3 hesabıyla məğlub olduğu görüşlə bağlı bunları dilə gətirib:
“Bu, çox uğursuz nəticədi. Hazırda bizdə çox pis dövrdü. Xüsusilə də son iki oyunu qeyd edərdim. Müdafiədə çoxlu səhvlər buraxırıq. Bəzi futbolçular çox zəif çıxış edirlər. Odu ki, onlardan kimlərisə dəyişmək haqda düşünəcəm. Komandanın fanatları qarşısında üz istəyirəm”.
