5 noyabr 2011 18:46
AZAL-ın məşqçisi: Qara zolaqdan çıxacağıq
AZAL-ın baş məşqçiəvəzi Rafiq Mirzəyev Liqanın 12-ci turunun “Qəbələ” ilə oyununu şərh edib. Azerisport.az xəbər verir ki, o, komandasının 3:0 hesabıyla qələbə qazandığı görüşlə bağlı bunları dilə gətirib:
“Son dövrlər biz heç də pis oynamırdıq. Amma buna baxmayaraq, məğlub olurduq. Bu gün uşaqlarda istək var idi və onlar sona kimi çalışdılar. Qara zolaqdan çıxacağıq”.
