5 noyabr 2011 18:40
DÇ-nin maskotu Nar bayramında (FOTOLAR)
Göyçay rayonunda ənənəvi Nar bayramı keçirilib. Azerisport.az xəbər verir ki, tədbirdə FİFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin maskotu da nümayiş olunub.
Nar bayramında iştirak edən qonaqlar maskota böyük maraq göstəriblər. Dünya çempionatının Yerli Təşkilat Komitəsinin üzvləri Göyçay rayon İcra Hakimiyyətinin nümayəndələrinə, Milli Məclisin deputatlarına, ABŞ-ın ölkəmizdəki səfiri Metyu Brayzaya və Nar bayramında iştirak edən digər qonaqlara FİFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012 barədə ətraflı məlumat veriblər.
Bayram konsert proqramı ilə davam etdirilib. Konsertin aparıcısı, tanınmış şoumen Murad Dadaşov dünya çempionatının maskotunu tamaşaçılara təqdim edib.
