6 noyabr 2011 16:22

XL Böyük oyunda biabır oldu (YENİLƏNİB)

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasının 12-ci turunun oyunlarına yekun vurulub. Azerisport.az xəbər verir ki, son oyun günündə də iki qarşılaşma baş tutub.
 
Azərbaycan çempionatının bəzəyinə çevrilən Böyük oyunda "Neftçi" əzəli rəqib "Xəzər Lənkəran"ı qəbul edib. Heç kimin gözləmədiyi halda, son çempion hazırkı lideri 5 cavabsız qolla yenib. "İnter" isə səfərdə "Turan"ın qonağı olub və minimal hesablı qələbəyə sevinib.
 
Premyer Liqa
12-ci tur
6 noyabr (bazar)
 
NEFTÇİ – XƏZƏR LƏNKƏRAN - 5:0 (2:0)
Qollar: Flavinyo, 20 (1:0), Flavinyo, 33 (2:0), B.Nasimov, 69 (3:0), B.Nasimov, 79 (4:0), F.Quliyev, 90+1 (5:0).
Hakimlər: Elnur Muradov, İlham Əliyev, Mehman Mahmudov, Fariz Yusifov.
Bakı. İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionu.
 
Oyun başladı
4. Qapıya ilk zərbə Flavinyodan gəldi. Lakin onun irəliyə çıxan Kamal Bayramovun başı üzərindən topu qapıya göndərmək istəyi alınmır
6. Rəşad Abdullayev onun dabanını tapdalayan Şəhriyar Xəlilovun sifətinə zərbə endirir. Amma maraqlıdı ki, hər iki futbolçu cəzasız qalır
10. XL cərimə zərbəsini yerinə yetirir. Amma bu, qonaqlarla künc zərbəsindən başqa heç nə qazandırmır
11. Kornerdən də heç nə alınmır
15. Railin uzaqdan zərbəsi çox qeyri-dəqiq alınır
20. "Neftçi"nin əks-hücumu zamanı Flavinyo uzaqdan çox möhtəşəm qola imza atır - 1:0
26. XL-dan çox təhlükəli hücum... Stamenkoviç öncə Semedonun, ardınca Rosasın təkrar zərbəsini dəf edir
27. Qonaqlar artıq fəallığı artırıblar
31. XL futbolçuları künc zərbəsindən fərqlənə bilmirlər
32. Cavid Hüseynovun uzaqdan zərbəsini Bayramov kornerə çıxarır
33. Kornerdən sonra Bahodir Nasimov topu boş zonada olan Flavinyoya ötürür və braziliyalı futbolçu dublunu rəsmiləşdirir - 2:0
40. Qonaqların yerinə yetirdiyi künc zərbəsi zamanı Stamenkoviç topu geri qaytarır
44. Vobayın zərbəsi qapının üstündən keçir
45. Vobay zədələnir və o, meydanı tərk etmək məcburiyyətində qalır
45+2. Pitin zərbəsi qapıdan azca aralı keçir
45+2. Vobayın əvəzində meydana Emeka Opara çıxır
Birinci hissə başa çatdı
İkinci hissə başladı
Birinci hissədə olduğu kimi, güclü yağış və meydanın su içində olması baxımlı oyun sərgiləməyə imkan vermir
51. Adrian Pitin cərimə zərbəsi təhlükəli alınsa da, qapıdan azca aralı keçir
53. Rəşad Abdullayev qonaqların qapısına üçüncü qolu vurmağa yaxın olsa da, o, qapıçı ilə üz-üzə qaldığı epizodda hədəfə düşə bilmir
54. XL cərimə zərbəsini yerinə yetirir. Pitin cərimə meydançasına göndərdiyi topu qapıçı tutur
56. Şəhriyar Xəlilovun əvəzində meydana Katalin Doman çıxır
60. Rail Məlikov sarı vərəqə ilə cəzalanan ilk futbolçu olur
66. C.Hüseynov qapıçı ilə üz-üzə qalsa da, son anda qapıya zərbə endirə bilmir. Nasimova ötürməsi isə qapıçının topu geri qaytarması ilə nəticələnir
69. Cavid yenə qapıçı ilə üz-üzə qalır. Kamal Bayramov onun qapıya zərbə endirməsinə mane olsa da, özünü çatdıran Nasimov toru silkələyir - 3:0
70. Rusiçin əvəzində meydana Branimir Subaşiç çıxır
70. "Neftçi"də isə C.Hüseynovu Fərid Quliyev əvəzləyir
74. Eder Bonfim kobud oyuna görə sarı vərəqə alır
76. Oparanın uzaqdan zərbəsini Stamenkoviç tutur
79. Adrian Pitin qapıçıya ötürməsi meydanın yaş olması səbəbindən Bahodirin əlinə düşür və o da dubla imza atır - 4:0
81. Nasimovun əvəzində meydana Emil Mpenza çıxır
82. Pitin cərimə zərbəsindən fərqlənmək istəyi alınmır
84. Semedonun uzaqdan zərbəsi çox qeyri-dəqiq alınır
89. Subaşiçin qol vurmasına son anda qapıçı mane olur
90. Slavço Georgiyevski yerini Mirhüseyn Seyidova verir
90. Matçın əsas vaxtına 2 dəqiqə əlavə olunur
90+1. R.Abdullayev sağ cinahla irəliləyib qapı qarşısına ideal ötürmə etdi və F.Quliyev effektli zərbə ilə tora qovuşdurdu - 5:0
Matç başa çatdı
 
 
TURAN - İNTER - 0:1 (0:1)
Qol: Nizami Hacıyev, 10 (0:1)
Hakimlər: Rövşən Əhmədov, Elman Musayev, Elşən Acalov, Anar Göyçayski.
Tovuz. Şəhər stadionu.
 
Oyun başladı
Qarşılaşmanın ilk dəqiqələri çox sakit keçir
Bunda meydanın durumunun da az rolu yoxdu
Nizami Hacıyev meydan sahiblərini erkən qolla cəzalandırır - 0:1
Oyun yenə meydanın mərkəzində keçir və qapılar qarşısında ciddi təhlükə yaranmır
"Turan" getdikcə fəallığı artırır
Sergey Artyuxun qonaqların qapısına zərbəsində azacıq dəqiqlik çatışmır
"İnter" artıq müdafiə olunur və əks-hücumlara bel bağlayır
Birinci hissə başa çatdı
İkinci hissə başladı
Meydan sahibləri ikinci hissəyə fəal başlasa da, oyundan dönüş yarada bilmirlər
Artyux rəqib qapıçı ilə üz-üzə qalsa da, hesabı bərabərləşdirmək şansını qaçırır
Artyux yenə diqqət mərkəzinə düşür: bu dəfə də qeyri-dəqiq zərbə ilə
Nadir Nəbiyev də təkbətəkdən yararlana bilmir
Nəbiyevin daha bir zərbəsi qapıdan aralı keçir
Artyuxun da zərbəsi dəqiq alınmır
Matç başa çatdı
 
 
Qeyd edək ki, turun digər oyunları əvvəlki günlərdə keçirilmişdi: Kəpəz – Bakı – 1:3, Rəvan – Simurq – 1:1, Qarabağ - Sumqayıt Şəhər – 1:2, AZAL - Qəbələ - 3:0.
 
 
1
Xəzər Lənkəran
12
8
2
2
17-12
26
2
Neftçi
12
8
1
3
21-9
25
3
İnter
12
7
3
2
11-7
24
4
Qarabağ
12
6
2
4
16-12
20
5
Bakı
12
5
4
3
15-11
19
6
Qəbələ
12
4
3
5
12-16
15
7
Rəvan
12
3
5
4
15-16
14
8
AZAL
12
3
4
5
15-16
13
9
Simurq
12
3
3
6
10-13
12
10
Kəpəz
12
3
3
6
16-20
12
11
Turan
12
3
1
8
8-15
10
12
Sumqayıt Şəhər
12
2
3
7
7-16
9
 
Bombardirlər:
 
6 - Bahodir Nasimov (Neftçi)
5 - Sergey Artyux (Turan)
4 - Ceyhun Sultanov, Yuri Fomenko (Kəpəz), Dodo (Qəbələ), Flavinyo (Neftçi), Uinston Parks (Bakı).

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.