6 noyabr 2011 20:26
Cavadov 69 dəqiqə oynadı, Volqa qələbə qazandı (YENİLƏNİB)
Rusiya Premyer Liqasında 30-cu turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının üzvü Vaqif Cavadovun şərəfini qoruduğu “Volqa” bu turda doğma meydanda “Rubin”lə qarşılaşıb.
Qeyd edək ki, həmyerlimizin komandası elitada qalmaq uğrunda mübarizə aparır. Bu oyun ərəfəsində komanda 25 xalla 14-cü pillədə qərarlaşmışdı. Nijni Novqorod təmsilçisindən fərqli “Rubin” 49 xalla 6-cıydı.
Lakin bu oyunda qələbəyə daha çox ehtiyacı olan Nijni Novqorod klubu 3 xala sahib çıxıb. Bibilovun ilk yarıda vurduğu qol matçda yeganə olub. Beləcə, "Volqa" vəziyyətini bir qədər də yaxşılaşdıraraq, 12-ci pilləyə yüksəlib.
Ötən tur 45 dəqiqə oynayan Vaqifin bu dəfə hansı aqibəti yaşayacağı maraqla gözlənilirdi. Baş məşqçi Dmitri Çerışev ona start heyətində yer verib. Lakin 69-cu dəqiqədə həmyerlimizin əvəzində meydana Yanoş Sekeli çıxıb.
Rusiya Premyer Liqası
30-cu tur
6 noyabr
Volqa – Rubin - 1:0 (1:0)
Qol: Bibilov, 30.
