5 noyabr 2011 00:10

“Bu ada komanda yoldaşlarım da mənim qədər layiqdi”

"Çempion olmağımızda klub prezidenti Sadıq Sadıqovun böyük əməyi oldu. Bu yeri əldə etməyimiz üçün rəhbərliyimiz bizə hər bir şəraiti yaratmışdı. Sadıq müəllim indi həcc ziyarətində olduğundan, təqdimetmə mərasimində iştirak edə bilmədi. Allah onun ziyarətini qəbul eləsin. Və yenə də deyirəm ki, bu qələbəmizi ona həsr edirik". Azerisport.az xəbər verir ki, bu sözləri "Neftçi"nin kapitanı Rail Məlikov deyib.
 
Ötən mövsüm gözəl oyunu ilə çempionluqda böyük pay sahibi olmuş yarımmüdafiəçi Rəşad Abdullayev də çempionluğu onlara göstərilmiş qayğının məntiqli nəticəsi adlandırıb: "Klub prezidentimiz hər matçda ən azı bizim qədər həssas yanaşır. Bizimlə birgə sevinir, bizimlə birgə kədərlənir. Sadıq Sadıqovun rəhbərliyi ilə "Neftçi"nin 6 illik çempionluq həsrətinə son qoyuldu".
 
Ötən ilin ən yaxşı müdafiəçisi seçilmiş Ruslan Abışov bu uğuru komanda halında qazandıqlarını deyib: "Ötən mövsümün ən yaxşı müdafiəçisi seçilməyim təkcə mənim xidmətim deyil. Bunda mənə komanda yoldaşlarım yardımçı olub. Təbii ki, klub rəhbərliyi və məşqçilər heyətinin əməyi böyükdür. Əldə olunmuş istənilən qələbədə prezidentimiz Sadıq müəllimin zəhməti və qayğısı var".
 
Çempionatın ən yaxşı oyunçusu üçün ayrılmış mükafata layiq görülmüş Flavinyo üçün bu hədiyyə gözlənilməz olub: "Neftçi"yə gələndə əsas fikrim komanda halında uğur qazanmaq olub. Fərdi nailiyyət haqqında düşünməmişəm. Yenə də deyirəm ki, bu ada komanda yoldaşlarım da azı mənim qədər layiqdi. Onu da deyim ki, Azərbaycana gəldiyim gündən burada dövlətin futbola göstərdiyi diqqəti gördüm. Bu mərasim möhtəşəm idi, medalları və hədiyyələri də şəxsən AFFA prezidenti özü təqdim elədi. Bu onu göstərir ki, Azərbaycanda futbol inkişafdadı".
 
Çempion "Neftçi"nin müdafiəsində rəqib hücümçulara sipər olmuş İqor Mitreski və Alessandro Viana Da Silva "Neftçi" ilə çempionluq yaşamağın onlar üçün önəmli olduğunu vurğulayıb. "AFFA prezidenti cənab Rövnəq Abdullayevin medalları şəxsən təqdim etməsi mənim üçün gözlənilməz və bir o qədər də sevindirici oldu. Bu isə o deməkdir ki, futbolçular və klublar daim diqqət mərkəzindədir", deyə İqor Mitreski bildirib.
 
Alessandro Viana Da Silva: "Çempion olmaq çətindi. Amma bu titulu qoruyub saxlamaq daha çətindir, çalışacağıq ki, uğurun davamı gəlsin. Bu il də qızıl medallara sahib olub, avrokuboklardakı uğursuzluğumuzu unutdurmaq və azarkeşlərimizi sevindirmək istəyirik".

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.