6 noyabr 2011 13:03
Albaniya Azərbaycan ilə oyun üçün heyətini açıqladı
Futbol üzrə Albaniya yığmasının heyəti açıqlanıb. Azerisport.az xəbər verir ki, albanların baş məşqçisi Azərbaycan millisiylə yoldaşlıq matçına 22 futbolçu çağırıb.
Qeyd edək ki, noyabrın 11-də bu ölkənin yığması Tiranada millimizlə qarşılaşacaq. Qarşılaşma “Qemal Stafa” stadionunda baş tutacaq.
Albanların heyətində öncədən də xəbər verdiyimiz kimi, 3 “azərbaycanlı” futbolçu da var. Bunlar “Qarabağ”ın şərəfini qoruyan Ansi Aqolli və Admir Teli, eləcə də AZAL-ın yarımmüdafiəçisi Ervin Bulkudu.
Bütövlükdə, albanların heyəti aşağıdakı kimidi:
Qapıçılar: İsli Hidi, Orqes Şehi;
Müdafiəçilər: Andi Lila, Kristi Vanqeli, Armend Dallku, Lorik Cana, Debatik Çurri, Franç Veliu, Ansi Aqolli, Admir Teli;
Yarımmüdafiəçilər: Ervin Bulku, Emilian Vilya, Sabian Lilyay, Gilman Lika, Yahmir Hyuka, Georgi Muzaka, Odise Roşi, Elis Bakay;
Hücumçular: Ahmed Yanuzi, Eryon Boqdani, Ceyahir Sukay, Hamdi Salihi.
