6 noyabr 2011 13:28

UEFA rəsmiləri Bakının bazasında (FOTO)

Azərbaycanda işgüzar səfərdə olan UEFA lisenziyalaşdırma departamentinin rəhbəri Andrea Traverso və liseziyalaşdırma departamentinin menecer auditoru Pablo Rodriges "Bakı" futbol klubunun təlim-məşq bazası və futbol akademiyasını ziyarət ediblər. Azerisport.az xəbər verir ki, tanışlıq və təftiş xarakteri daşıyan səfər zamanı klub infrastrukturu və futbol akademiyasının fəaliyyəti ilə tanış olan UEFA rəsmiləri klub infrastrukturuna ən yüksək qiymət veriblər.
 
Andrea Traverso burada gördüklərindən xeyli məmnun qaldığını bildirərək klubun rəsmi saytına açıqlama verib:
 
"Bakı" futbol klubunun təlim-məşq bazası və futbol akademiyası ən yüksək qiymətə layiqdir. Tam səmimi deyirəm ki, burada gördüklərim məni xoş mənada təəccübləndirdi. Cəmi 6 il əvvəl yaranan bir klub üçün bu fantastik göstəricidi. Uşaqlar üçün yaradılan şərait alqışa layiqdi. "Bakı" futbol klubunun bazası və futbol akademiyasının fəaliyyətini digər klublara örnək ola bilər, bu səbəblə geniş təqdimat hazırlayıb, gələcək seminarlarda nümunə kimi istifadə etmək fikrindəyik".
 
Liseziyalaşdırna üzrə ispaniyalı mütəxəssis Pablo Rodriges isə klub infrastrukturunun əvəzsiz bir kompleks olduğunu vurğulayaraq, "Bakı" futbol klubunun tam Avropa səviyyəli bir klub səviyyəsinə yüksəldiyini bildirdi.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.