6 noyabr 2011 17:26
Əsgər Abdullayev: Hücum futbolu göstərmək istəyirdik
Futbol üzrə Azərbaycan Premyer Liqasının 12-ci turunda Tovuza səfər edən "İnter" yerli "Turan" komandasını minimal hesabla məğlub edərək növbəti 3 xalı aktivinə yazdı - 1:0. Azerisport.az xəbər verir ki, oyundan sonra "Turan"ın baş məşqçisi Əsgər Abdullayev məğlubiyyəti belə şərh edib:
"Planlaşdırdığım kimi əsas heyətlə oyuna çıxa bilmədik. Ayxan Abbasov oynaya bilmədi, Nadir Nəbiyevi ilk hissədə oynatmaq istəyirdim, amma ikinci hissədə meydana daxil oldu. Bəzi səbəblərə görə mən onların xidmətindən istifadə edə bilmədim. Hücum futbolu göstərmək istəyirdik. Rəqib bizi ilk hissədə əks-hücumda yaxaladı və bundan istifadə edib hesabı açdı. Oyun qarşılıqlı hücumlar şəraitində keçdi. "İnter"i qələbə münasibəti ilə təbrik edirəm".
