6 noyabr 2011 17:35
Mirça Rednik: Buna görə azarkeşlərimizdən üzr istəyirəm
“Xəzər Lənkəran”ın baş məşqçisi Mirça Rednik Premyer Liqanın 12-ci turunun “Neftçi” ilə oyununu şərh edib. Azerisport.az xəbər verir ki, rumıniyalı mütəxəssis komandasının 5 cavabsız qolla uduzduğu görüşlə bağlı bunları dilə gətirib:
“Qurban bayramı münasibəti ilə təbrik edirəm. Bu gün 0:5 hesabı ilə məğlub olduq. Çox danışmağa ehtiyac görmürəm. “Neftçi” qələbəyə layiq idi, qələbə qazanmaq istəyi daha çox idi. Yaratdığı qol imkanlarından istifadə etdi. Komandam öz oyununu oynadı. Bəzi futbolçuların oyunu məni qane etmədi. Məğlubiyyətə görə azarkeşlərimizdən üzr istəyirəm. Qapıçıların səviyyə fərqi öz sözünü dedi”.