6 noyabr 2011 17:40
Böyükağa Hacıyev: Hesab hər şeyi göstərir
“Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyev Premyer Liqanın 12-ci turunun “Xəzər Lənkəran”la oyununu şərh edib. Azerisport.az xəbər verir ki, o, komandasının 5 cavabsız qolla qələbə qazandığı görüşlə bağlı bunları dilə gətirib:
“Şərhə ehtiyac yoxdur, hesab hər şeyi göstərir. 15 gün ərzində rəqibimizi öyrəndik, futbolçular verilən tapşırığı yerinə yetirdilər. İndi qarşıdakı oyunları düşünmək lazımdı. “Xəzər Lənkəran” layiqli rəqibdir. Bir oyunla məşqçilər arasında səviyyə fərqindən danışmaq düz deyil. Ola bilsin ki, Mirça Rednik hətta məndən güclü məşqçidi. Amma o, Azərbaycanda ən yaxşı əcnəbi mütəxəssisdi. Qələbəni klubun prezidenti Sadıq Sadıqovun ad gününə həsr edirik”.
