6 noyabr 2011 19:12
Xəzər Lənkəran rəhbərliyi Redniki sorğuya çəkdi
Premyer Liqanın bu gün keçirilən “Neftçi” – “Xəzər Lənkəran” oyunundan sonra cənub klubunun baş məşqçisi Mirça Rednik təcili olaraq klubun ofisinə, rəhbərliklə görüşə çağırılıb. Azerisport.az xəbər verir ki, əzəli rəqibləri “Neftçi”yə 0:5 hesablı məğlubiyyətdən sonra keçirilən mətbuat konfransı zamanı Rednik tədbirin sonuna kimi qala bilməyib.
Rumıniyalı mütəxəssis jurnalistlərə açıqlamasında rəhbərliyin onu ofisdə gözlədiyini deyərək konfrans zalını tərk edib.
