7 noyabr 2011 00:04

Böyük zərbə

Futbol üzrə Azərbaycan Premyer Liqasında daha bir tura yekun vuruldu. Azerisport.az xəbər son oyun günündə baş tutan 2 görüşlə 12-ci tur başa çatdı və çempionatımızda qısa fasiləyə start verildi.

Artıq bir neçə turdu yüksəlişdə olan "İnter" səfərdə "Turan"ın qonağı idi. Son dövrlər “Neftçi”, “Xəzər Lənkəran” kimi rəqiblərini məğlub edən, “Rəvan”ın məğlubiyyətsiz seriyasına son qoyan “bankirlər”i bu matçın favoriti saymaq olardı. Amma məsələ burasındadı ki, Tovuzda “Turan”la qarşılaşmaq heç də bütün rəqiblərə asan başa gəlmirdi. Stadionun vəziyyətinin qənaətbəxş olmaması ilə yanaşı, Əsgər Abdullayevin komandasının müdafiəyə meylli futbol oynamasının da paytaxt klubunun işinin heç də asan olmayacağından xəbər verirdi.
 
Xatırladaq ki, “Turan” bundan əvvəlki turda səfərdə “Neftçi”yə də yalnız son dəqiqələrdə buraxdığı qolla məğlub olmuşdu. “İnter”lə “Turan”ın ilk dövrədəki oyununda da bakılılar çox çətinliklə 1:0 hesablı qələbəyə nail olmuşdular. Elə bu dəfə də oxşar ssenari oldu. Belə ki, erkən qola imza atan “bankirlər” məhz bunun sayəsində növbəti 3 xala sahib çıxdılar.
 
Turun qapanış matçında isə "Neftçi" "Xəzər Lənkəran"ı qəbul edirdi. “Böyük oyun” adı verilən bu qarşıdurmada tarixi rəqabətdən danışmağa heç bir gərək yoxdu. Bununla yanaşı komandaların son durumu da çox maraqlı bir qarşılaşma vəd edirdi. Məlum olduğu kimi, son ölkə çempionu olan “Neftçi” turnir cədvəlində ikinci pillədə qərarlaşmışdı. Geridə qalan mövsümdə gümüş medallara sahib çıxan “Xəzər Lənkəran”da isə işlər bu il daha yaxşı gedirdi. Mirça Rednikin komandası 11 turdan sonra 26 xalla turnir cədvəlinin zirvəsində qərarlaşmıışdı və ən yaxın izləyicisindən 4 xal irəlidəydi. Yəni hətta “ağ-yaşıllar” prinsipial rəqibinə məğlub olsa belə, yenə birinci pillədəki yerini qoruyacaqdı. Bu üzdən də gözləmək olardı ki, cənublular bu dəfəki derbiyə daha rahat çıxıb, sakit oynayacaqlar. Axı onlar üçün hətta heç-heçə də qənaətbəxş nəticə sayıla bilərdi.
 
“Neftçi”də isə vəziyyət tam fərqliydi. Heç-heçə bu komanda üçün uğurlu nəticə sayıla bilməzdi. Çünki aradakı xal fərqi yerində qalacaqdə. Məğlub olacağı halda isə, “ağ-qaralar” əsas rəqibindən yeddi xal aralanmış olacaqdı ki, bu da çempionluq yolunda çox ciddi çətinliklərə yol aça bilərdi. Ona görə də Böyükağa Hacıyevin komandası bu görüşə müəyyən mənada təzyiq altında çıxmışdı. İlk dövrədə də bu komanda Lənkəranda minimal hesabla uduzduğundan, paytaxt klubunun qələbə qazanmaqdan başqa çıxış yolu yox idi. Məhz Lənkərandakı oyundan sonra az qala hər həftə rəqib həmkarı Mirça Rednikə söz atan, ona meydan oxuyan Hacıyev nu dəfə sözü meydanda deməliydi.
 
Nə qədər gözlənilməz olsa da, həm Hacıyev, həm də komandası sözünü çox sərt dedi. Belə ki, "Neftçi" "Xəzər Lənkəran"ı düz 938 günlük fasilədən sonra məğlub etdi. Sonuncu dəfə əzəli rəqibinə 2009-cu ilin 12 aprelində qalib gələn paytaxt klubu 2 il 7 aydan sonra 5:0 hesablı qələbəyə sevindi. Bu müddətdə "Neftçi" "Xəzər Lənkəran"a qarşı 11 oyun keçirmişdi. Onlardan 2-də komandaya Vaqif Sadıqov, 8-də Arif Əsədov, 1-də isə Böyükağa Hacıyev başçılıq etmişdi. Sadıqovla Əsədov 10 oyunda əzəli rəqibi yenməyi bacarmasa da, Hacıyev 2-ci matçında bunu edə bildi.
 
Bu matçda həm də "Böyük oyun"lar tarixində ən böyükhesablı qələbə qeydə alındı. Belə ki, "Neftçi" "Xəzər Lənkəran"a derbilər tarixində ən acı məğlubiyyətini yaşatdı. 5:0 hesabı ilə başa çatan oyun əzəli rəqiblər arasında bu hesabla yekunlaşan ilk oyun oldu. Əzəli rəqiblər indiyədək ən yaxşı halda bir-birini iki top fərqi ilə yenmişdi. Derbi tarixində komandalardan biri rəqib qapısına bir dəfə dörd qol vura bilmişdi. Bu ötən mövsüm kubokda olmuşdu və "Xəzər Lənkəran" rəqibini dörd dəfə məyus etmişdi. Amma həmin oyunda "Neftçi" üç qol vuraraq, fərqi minimuma endirmişdi.
 
Bu oyun eyni zamanda "Xəzər Lənkəran" tarixinin ən ağır məğlubiyyəti oldu. "Neftçi"yə 0:5 hesabı ilə yenilən Lənkəran klubu yarandığı gündən indiyədək ən böyükhesablı məğlubiyyətinə üzüldü. "Xəzər Lənkəran" indiyədək ən pis halda 3 top fərqi ilə uduzmuşdu. 2006-cı ilin 7 mayında çempionatda "Karvan"a 0:3 hesabı ilə yenilən komanda 2008-ci ilin 31 iyulunda Avropa Liqasının səfər oyununda "Lex"ə 1:4 hesabı ilə yenilmişdi. Bu nəticələr ötən günə qədər "Xəzər Lənkəran" tarixinin ən pis hesabları idi.
 
Premyer Liqa
12-ci tur
6 noyabr
 
Turan - İnter - 0:1 (0:1)
Qol: Nizami Hacıyev, 8.
Vərəqələr: Camal Məmmədov, 25 (idmançıya yaraşmayan hərəkət), Ruslan Abbasov, 70 (fitdən sonra topa zərbə) - Enyo Krastovçev, 40 (oyunun bərapsına mane olduğu üçün), Asif Məmmədov, 90+3 (rəqibi bilərəkdən tutduğuna görə) – sarı.
Hakimlər: Rövşən Əhmədov, Elman Musayev, Elşən Acalov, Anar Göyçayski.
AFFA nümayəndəsi: Namiq Məstanov
Hakim-inspektor: Orucəli Durmuşov
Artırılan vaxt: I hissədə - yoxdur; II hissədə - 4 dəq.
6 noyabr 2011. Tovuz. Şəhər stadionu. 2500 tamaşaçı.
Turan: 1. Anar Nəzirov, 3. Aftandil Hacıyev, 7. Ramal Hüseynov (k), 9. Yasin Abbasov, 14. Aleksandr Qoqoberişvili, 15. Namiq Əliyev (16. Orxan İsmayılov, 46), 19. Ruslan Abbasov, 22. Məhərrəm Müslümzadə (20. Azər Məmmədov, 84), 24. Sergey Artyux, 25. Camal Məmmədov, 29. Rudison Ferreyra (10. Nadir Nəbiyev, 46).
Ehtiyat oyunçular: 12. Natiq Səhrətov, 5. Ayxan Abbasov, 8. Akif Tağıyev, 28. Tuqay Alhüseynli.
Baş məşqçi: Əsgər Abdullayev.
İnter: 1. Georgi Lomaya, 2. Xəyal Mustafayev, 4. Valeri Abramidze, 8. Nizami Hacıyev (11. Asif Məmmədov, 65), 9. Enyo Krastovçev (28. Baçana Sxadadze, 87), 13. Bronislav Çervenka, 15. Vladimir Levin (k), 16. Elnur Abdulov (14. Petar Zlatinov, 74), 21. Arif Daşdəmirov, 22. Peter Çrappan, 25. İbrahima Niasse.
Ehtiyat oyunçular: 72. Dmitri Kramarenko, 7. Ruslan Poladov, 20. Girt Karlson, 23. Şəhriyar Rəhimov.
Baş məşqçi: Kaxaber Sxadadze.
 
Neftçi - Xəzər Lənkəran - 5:0 (2:0)
Qollar: Flavinyo, 19 (1:0), Flavinyo, 33 (2:0), B.Nasimov, 68 (3:0), B.Nasimov, 80 (4:0), F.Quliyev, 90+1 (5:0).
Vərəqələr: Rail Məlikov, 60 (qeyri-idman hərəkəti) // Eder Bonfim, 73 (qeyri-idman hərkəti)
Hakimlər: Elnur Muradov, İlham Əliyev, Mehman Mahmudov, Fariz Yusifov.
AFFA nümayəndəsi: Elbrus Abbasov.
Hakim-inspektor: Məlik Həsənov.
Artırılan vaxt: I hissədə - 2 dəq.; II hissədə - 2 dəq.
6 noyabr 2011. İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionu. 2500 tamaşaçı.
Neftçi: 30. Saşa Stamenkoviç, 2. Rail Məlikov (k), 3. Denis Silva, 5. İqor Mitreski, 6. Slavço Georgiyevski (19.Mirhüseyn Seyidov, 90), 9. Flavinyo, 11. Cavid Hüseynov (22. Fərid Quliyev, 70), 14. Bahodir Nasimov (10. Emil Mpenza, 80), 15. Ruslan Abışov, 16. Alessandro Viana da Silva, 27. Rəşad Abdullayev.
Ehtiyat oyunçular: 1. Rauf Mehdiyev, 13. Tural Nərimanov, 18. Ruslan Əmircanov, 32. Elvin Yunuszadə.
Baş məşqçi: Böyükağa Hacıyev.
Xəzər Lənkəran: 85. Kamal Bayramov, 2. Elnur Allahverdiyev, 8. Eder Bonfim, 11. Andrey Mureşan, 14. Rahid Əmirquliyev (k), 16. Adrian Pit, 22. Antonio Semedo, 23. Şəhriyar Xəlilov (7. Katalin Doman, 55), 32. Mario Rosas, 33. Deyan Rusiç (9. Branimir Subaşiç, 70), 84. Julius Vobay (15. Emeka Opara, 45+1).
Ehtiyat oyunçular: 25. Orxan Sadıqlı, 10. Elnur Abdullayev, 17. Zahid Quliyev, 18. Alim Qurbanov.
Baş məşqçi: Mirça Rednik.
 
Qeyd edək ki, turun digər oyunları əvvəlki günlərdə keçirilmişdi: Kəpəz – Bakı – 1:3, Rəvan – Simurq – 1:1, Qarabağ - Sumqayıt Şəhər – 1:2, AZAL - Qəbələ - 3:0.
 
 
1
Xəzər Lənkəran
12
8
2
2
17-12
26
2
Neftçi
12
8
1
3
21-9
25
3
İnter
12
7
3
2
11-7
24
4
Qarabağ
12
6
2
4
16-12
20
5
Bakı
12
5
4
3
15-11
19
6
Qəbələ
12
4
3
5
12-16
15
7
Rəvan
12
3
5
4
15-16
14
8
AZAL
12
3
4
5
15-16
13
9
Simurq
12
3
3
6
10-13
12
10
Kəpəz
12
3
3
6
16-20
12
11
Turan
12
3
1
8
8-15
10
12
Sumqayıt Şəhər
12
2
3
7
7-16
9
 
Bombardirlər:
 
6 - Bahodir Nasimov (Neftçi)
5 - Sergey Artyux (Turan)
4 - Ceyhun Sultanov, Yuri Fomenko (Kəpəz), Dodo (Qəbələ), Flavinyo (Neftçi), Uinston Parks (Bakı).

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.