6 noyabr 2011 11:58
Adrian Pit: Neftçiyə uduzsaq da, gülümsəyəcəm
“Xəzər Lənkəran”ın yarımmüdafiəçisi Adrian Pit Premyer Liqanın 12-ci turunun “Neftçi” ilə oyunu öncəsi azerisport.az saytının suallarını cavablandırıb.
- Bu mövsüm həm komandanıza, həm də şəxsən sizə hələ ki, düşərli olub...
- Komandamıza lider lazım deyil. Biz komanda futbolu sərgiləməyə çalışırıq. Əks halda heç nəyə nail olmaq mümkün deyil.
- Oyununuzdan razısınız?
- Nə qədər ki, birinci pillədə qərarlaşmışıq, mən həmişə oyunumuzdan razı qalacam.
- Nə qədər ki, birinci pillədə qərarlaşmışıq, mən həmişə oyunumuzdan razı qalacam.
- Sizə elə gəlmir ki, ötən mövsümdən fərqli bu il daha çox baxımlı oyuna yox, nəticəyə önəm verirsiz?
- Siz özünüz də bilirsiz ki, mövsümün əvvəlində bizdə məlum problemlər var idi. Bəzi oyunçular getdi, onların əvəzinə başqaları gəldi. Biz avrokuboklarda uğursuz çıxış etdik. Bütün bunlar təbii ki, oyun stilimizə təsirsiz ötüşə bilməzdi.
- İlk dövrədə “Neftçi”ni avtoqolla məğlub etmişdiniz. Həmin oyundan nə yadınızda qalıb?
- Mənim yadımdadı ki, “Neftçi”yə qarşı həmin oyun çox çətin alınmışdı. Onların yaxşı yarımmüdafiə xətti var. Bakılılar ilk oyunla müqayisədə elə də ciddi dəyişməyiblər. Əksinə, daha da yaxşı forma yığıblar.
- “Xəzər Lənkəran” – “Neftçi” qarşıdurmasını siz də Böyük oyun hesab edirsiz?
- Lənkəranda oynayanda hə. Hər halda derbilərdə azarkeşlər, onların sayı daha çox önəmlidi. Bizim stadionda həmin oyunlarda daim anşlaq olur. “Neftçi”nin ev oyunlarında isə fərqli olur.
- Deməli, bu oyunda “Neftçi”nin doğma meydan üstünlüyünün olacağını düşünmürsüz?
- Fikrimcə, bizə daha asan olacaq. Lider olduğumuzdan, bizi hətta heç-heçə də qane edir. “Neftçi” də uduzmaq istəmir. Belə olsa, onlar ikinci pillədəki yerini də itirə bilər. Amma istənilən halda bu oyunun həlledici olacağını düşünmürəm. Qarşıda hələ çox oyun var.
- Sağ əlinizdəki tatuirovkanın mənası nədi? Deyəsən, italyancadı?
- Bəli. Tərcümədə mənası belədi ki, “heç nə olmamış kimi gülümsə”.
- “Neftçi”yə uduzsanız, gülümsəyəcəksiz?
- Əlbəttə. Axı bu, futboldu.
- Əlbəttə. Axı bu, futboldu.
