7 noyabr 2011 11:05
“İndi qoy XL belə yenilginin əvəzini çıxmaq haqda düşünsün”
“Neftçi”nin yarımmüdafiəçisi Flavinyo Premyer Liqanın 12-ci turunun “Xəzər Lənkəran”la oyunundan (5:0) sonra azerisport.az saytının suallarını cavablandırıb.
- Bu oyunu sizin üçün “Neftçi” karyeranızda ən yaxşı saymaq olar?
- Əgər yaxşı deyilsə, o zaman ən yaxşılardan biridi. Qarşıda hələ çoxlu tur var. Amma buna baxmayaraq, “Xəzər Lənkəran”la qarşılaşma bizim üçün çox vacib idi. Bu üzdən oyuna da yaxşı köklənmişdik. Prinsipial rəqibimizi darmadağın etdik, daşını daş üstə qoymadıq.
- Sizin ilk yarıda vurduğunuz iki qol matçda böyük hesablı qələbənin əsasını qoydu...
- Belə görüşdə ümumi uğurda pay sahibi olmaq çox gözəldi. İndi qoy “Xəzər Lənkəran” belə yenilginin əvəzini çıxmaq haqda düşünsün. Biz öz növbəmizdə yaxşı oynadıq və qələbəni də haqq edirdik.
- Lideri belə böyük hesabla yenəcəyinizi gözləyirdiz?
- Belə olacağını proqnozlaşdırmamışdım. Kim təsəvvür edərdi ki, biz onlara bu qədər qol vurarıq?
- Hətta üçüncü, dördüncü qolu vurandan sonra da irəli atılırdız. Bu istək hardan idi?
- Kifayət qədər gücümüz vard. Niyə də olmasın? Qələbə üçün sərhəd yoxdu. Həm də azarkeşlər bizi durmadan irəli səsləyirdilər.
- Kifayət qədər gücümüz vard. Niyə də olmasın? Qələbə üçün sərhəd yoxdu. Həm də azarkeşlər bizi durmadan irəli səsləyirdilər.
- Bu qələbə nə dərəcədə ciddi dəyişikliklərə səbəb ola bilər?
- Artıq liderlə aramızdakı xal fərqi birə enib. Üstəlik, psixoloji üstünlük də artıq bizim tərəfimizdədi. Bu qələbə bizə daha böyük əminlik, özünə inam gətirdi.
