7 noyabr 2011 00:09
Sadıq Sadıqov XL üzərindəki qələbədən danışdı
Hazırda Həcc ziyarətində olan "Neftçi"nin prezidenti Sadıq Sadıqov klubun rəsmi saytına fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, "Xəzər Lənkəran" üzərində qələbəni dəyərləndirən Sadıq Sadıqov Müqəddəs Qurban Bayramı münasibətilə təbriklərini də çatıdırıb:
"Ötən mövsüm çempionluğu bayram edən "Neftçi" klubu bu mövsüm də yüksək hədəflər uğrunda mübarizə aparmağı qarşısına məqsəd qoyub. Bu gün komandamızın qazandığı böyük hesablı qələbə bir daha onu nümayiş etdirir ki, klubumuzun tutduğu yol düzgündü. Bütün "Neftçi"sevərləri, futbol ictimaiyyətini, xalqımızı Müqəddəs Qurban Bayramı münasibətilə təbrik edirəm və Uca Tanrıdan onların dualarının qəbul olunmasını diləyirəm" - deyə "Neftçi" PFK-nın prezidenti bildirib.
