8 noyabr 2011 01:07
Dmitri Çerışev Vaqif Cavadovu təriflədi
“Volqa”nın baş məşqçisi Dmitri Çerışev Premyer Liqanın 30-cu turunun “Rubin”lə oyununu şərh edərkən, komandasının üzvü Vaqif Cavadovla da bağlı xoş sözlər bildirib. Azerisport.az xəbər verir ki, o, qapıçı Mixail Kerjakov və Vaqif Cavadovla bağlı bunları dilə gətirib:
“Mixail il boyunca məşqlərdə çox yaxşı çalışırdı. Bu üzdən də qapıçılarla işləyən məşqçimizlə məsləhətləşib, bu oyunda məhz ona şans vermək qərarına gəldik. Bundan əlavə, “Rubin”lə oyunun ilk dəqiqələrindən oynamaq şansı qazanan daha bir futbolçumuz da Vaqif Cavadov idi. O da işə münasibəti ilə buna layiq idi”.

Qeyd edək ki, Vaqif bu oyunda 69 dəqiqə meydanda olarkən, komandası da 1:0 hesablı qələbəyə sevinib.