8 noyabr 2011 01:16
Mahir Şükürov: Əsas problemimiz bax budu
“Qəbələ”nin kapitanı Mahir Şükürov Premyer Liqanın 12-ci turunun AZAL-la oyunundan (0:3) sonra azerisport.az saytının suallarını cavablandırıb.
- Premyer Liqanın autsayderlərindən birinə böyük hesabla məğlub oldunuz. Günahkar kimdi?
- Günah biz futbolçulardadı. Öz günahımız ucbatından qollar buraxdıq.
- Günah biz futbolçulardadı. Öz günahımız ucbatından qollar buraxdıq.
- Komandada son vaxtlar nə baş verir?
- Oynamaq, qələbə qazanmaq istəyirik. Amma gördüyünüz kimi bu, bizdə hələ ki, alınmır. “Qara zolağ”a düşmüşük. Toni Adamsda da günah görmürəm. Bütün günahlar futbolçulardadı.
- Sizdə konkret nə alınmır?
- Yaratdığımız qol epizodlarından yararlana bilmirik. Rəqib isə bir epizod yaradır, istifadə edir. Biz irəli atılıb qol vurmaq istəyirik, rəqib isə əks-hücum təşkil edib bizi cəzalandırır. Toparlana bilmirik.
- Yaratdığımız qol epizodlarından yararlana bilmirik. Rəqib isə bir epizod yaradır, istifadə edir. Biz irəli atılıb qol vurmaq istəyirik, rəqib isə əks-hücum təşkil edib bizi cəzalandırır. Toparlana bilmirik.
- Mövsümün əvvəlində “Qəbələ”də sürət, idman aqressivliyi vardı. Amma indi onlardan əsər-əlamət qalmayıb...
- Müxtəlif səbəblər var. London toplanışından sonra ilk turlarda komanda yaxşı oynayırdı. Amma sonradan mən diskvalifikasiya səbəbindən bir neçə oyunu buraxdım. Bəzi futbolçularımız zədələndilər. Hələ də tam bərpa ola bilməmişik.
- Bəs bu vəziyyət nə qədər davam edəcək? Qorxmursuz ki, bu gedişlə ilk altılıqdan kənarda qala bilərsiz?
- Düşünmürəm ki, biz əsas mübarizədən kənar qala bilərik. Bizi narahat edən əsas məqam odu ki, ilk dörd pillədəki komandalardan çox geri qalırıq. Amma mən komandamızın gücünə və potensialına inanıram. Bir qədər vaxt lazımdı. Hesab edirəm ki, mətbuatda bizi çox tənqid edirlər. Klub prezidenti Tale Heydərovun xərclədiyi pullar heç də boşuna getmir. Klubun yaxşı gələcəyi var. Son nəticələrə görə isə, nə prezident, nə də baş məşqçi cavabdehdi.
- Oyundan sonra Toni Adams sizə nə dedi?
- O, bizə ürək-dirək verdi. Başqa məşqçi olsaydı, qışqırardı. Amma sağ olsun. O, futbolçu olub və bizim psixologiyamızı yaxşı bilir. Kapitan kimi baş məşqçimizdən razıyam.
- Hesab etmirsiz ki, legionerləriniz son vaxtlar özlərini doğrultmurlar?
- Bilirsiz, komandada legionerlər çoxdu. Hərə öz dilində danışır. Hollandiyalı, ingilis, serb, rus. Bax bu üzdən də oyun vaxtı bir-birimizi heç də yaxşı başa düşmürük. Bilmirsən ki, oyundaşın meydanda nə demək istəyir. Əsas problem bax budu. İşləmək lazımdı. Fikrimcə, hər şey yaxşı olacaq.
